Lalə Əliyeva Təşəkkür məktubu
Baxılıb: 1 251 Tarix: 05-02-2019 02:17
Sən içdiyin bulaqdan su içənlər var olsun
Ey aqil, kamil insan Allah sənə yar olsun.
Nəvələr, nəticələr ucalsın sənin kimi
Kömək olsun hər zaman yerin – göyün hakimi
Etdiyin yaxşılıqlar yollarına nur saçsın
Onlar da gələcəyə elmiylə şəfəq saçsın.
Yubiley gününüzu həkim təbrik edirik
İllər keçsin yüz yaşı təbrik edək – deyirik.
Yaxşı həkim işini görən peşəkar olmaqla yanaşı həm də insana böyük sevgi daşıyan bir qəlbə sahib olmalıdır. Nərimanov rayonunda yaşayan sakinlərlə görüş zamanı gənc bir qadın yaxınlaşaraq sizinlə ayrıca görüşmək istəyirəm dedi Samirə bacımız 15 ildir övladı olmadığını söylədi və bildirdi ki, imkansızlıqdan yaxşı müalicə ala bilmir. Bir ananın ən böyük arzusu övladı olmasıdır, övladsızlıqdan ailədə də bəzən rahatsızlıqlar olur deyib gözləri dolan Samirə bacımın gözləri neçə gün gözlərimin önündən getmədi və bunu gözəl həkim və insan Lalə Əliyevaya danışdım və o dəqiqə mən nə lazımdır kömək edərəm dedi Ailənin maddi imkanlarının heç olmadığını deyəndə lazım olsa bəzi xərcləri mən öz cibimdən ödəyərəm. Həm həkim kimi kömək etdi, həm də bəzi xərcləri özü ödədi. Lalə xanım sizin kimi həm peşəkar həm də insani keyfiyyətləri yüksək olan həkimlərimizin sayı daha da çox olsun. Samirə xanım artıq hamilədir və inşallah körpəsini qolları arasına aldığı gün onunla bərabər məndə sevinəcəm.
Əzizim Lalə xanım. Neçə - neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Ana olmağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə. Allah sizi də həmişə sevindirsin mənim gözəl həkimim Lalə xanım.
Hörmətlə: sizin sayənizdə ana olan Ellada xanım
Hörmətli Lalə xanım! Ölkəmizin sizin kimi profesional həkimlərə ehtiyacı var. Mənim kimi yüzlərlə, bəlkə də minlərlə ginekoloji xəstəliyindən əziyyət çəkənlər var. Siz onları şəfalı əllərinizlə həyata qaytarırsınız. Mənim kimi xəstələrin ölkədən kənara müalicəyə getməmələrinə məhz sizin kimi həkimlər səbəb olur. Sağ olun ki, varsınız. O qızıl əlləriniz heç vaxt dərd görməsin. Allah uğurlarınızı, nailiyyətlərinizi davamlı etsin. Sizin kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.
Sizə ailəm və öz adımdan təşəkkür edirəm və möhkəm can sağlığı arzulayıram.
Hörmətlə: Aygün xanım
Bunu Lalə Əliyevanın həkimlik karyerasında sağaldıb həyata qaytardığı insanların sağlıq durumları da, xəstə yaxınlarının dərin minnətdarlıq hissi ilə söylədikləri də bir daha sübut edir.
Ən çox oxunanlar
Son xəbərlər