Maygün xanım ən son texnologiyalardan istifadə edən, eyni zamanda illərin təcrübəli həkimidir.
Baxılıb: 963 Tarix: 06-02-2019 09:40
Ultrasəs müayinəsi ən öndə gedən diaqnostik üsullardan biridir. Hər bir diaqnozun qoyulmasında üstünlük ilk öncə ultrasəs müayinəsinə verilir. Rahatlığı ondan ibarətdir ki, ultrasəs müayinəsi bu gün tibbin bütün sahələrində istifadə edilir. Öncə söylədiyim kimi daxili üzvlərin diaqnostikasında, ginekoloqiyada, hamiləliklərdə, ən erkən anomaliyararı aşkarlamağa imkan verir.
Artıq neçə illərdir ki, Azərbaycan səhiyyəsinin şərəfini qoruyan Maygün xanım bu illər ərzində Əliyeva Lalə, Həsənov Sabir, Hüseynova Aytac kimi onlarla dəqiq müayinəsi ilə xəstəyə yeni həyat verib, onları ölümün pəncəsindən alıb.
Həkim Maygün xanıma minnətdar olan onun müayinə və müalicəsindən şəfa alan xəstələrdən redaksiyamıza daxil olan minnətdarlıqlar içərisində Qarayevlər ailəsinin Sarıtel nənənin razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir:
Mənim etdiyim dualar Maygün həkimin yoluna nur saçsın deyir Sarıtel nənə.Onunla söhbət edərkən çox sakit və təmkinli görünməyə çalışırdı. Yadıma dövrünün məşhur alimi və təbibi Əbu Əli ibn Sinanın bir müdrik kəlamı düşdü: “Həkimdə dörd əsas keyfiyyət özünü xüsusilə qabarıq şəkildə büruzə verməlidir. Birinci, həkimin əlləri qızıl olmalıdır. İkinci, həkim müdrik olmalıdır. Üçüncü, həkimin baxışları qartal baxışı qədər iti olmalıdır. Dördüncü, həkimdə aslan ürəyi olmalıdır...”
Bir anlığa mənə elə gəldi ki, bu keyfiyyətlərin dördü də Maygün həkimdə var.
Sizin rəhbərlik etdiyiniz Dr. Maya Klinikasının heyətinə göstərdiyiniz xidmətlərə görə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Sağ olun! İmza: Leyla xanım
Dr. Maya Klinikasında xəstəliyi vaxtında aşkarlanan Nərminin valideyini olaraq bildirirəm ki, qızım klinikaya daxil olan andan digər tibb müəssisələrindən seçilərək, fərqli abu-hava bizi qarşıladı. Burdakı qarşılaşdığımız nizam intizam, səliqə səhman və stirilizasiya sistemi bir anlıq hətda müayinədə olduğumuzu unutdurur. Mən anası və bütün Nərminin yaxınları bu cür həkimlər qarşısında baş əyirik. Göydə ALLAH və yerdə Maygün xanım olmaqla mənim qızıma dəqiq diaqnoz qoymaqla bizə də, yeni bir həyat bəxş etdi. Belə bir müəssisənin Azərbaycanda olması ilə şəxsən mən və yaxınlarımız fəxr edirik. Qürurla deyə bilərik ki, Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə bir Dr. Maya Klinikası mövcuddur.
Sizin dəqiq müayinəniz nəticəsindəhəyatda yaşayan qızım Nərminin anası Südabə xanım
Ən çox oxunanlar
Son xəbərlər