Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Samirə Əkbərbəyova –Ümid yeri

Baxılıb: 1 850     Tarix: 07-02-2019 09:57   
 


 Peşəkarlıq həkim sənəti üçün xüsusilə vacib olan keyfiyyətdir. Peşəkarlıq isə öz işini dərindən bilib, böyük məhəbbətlə sevməkdən, həmişə yenilik axtarışında olmaqdan, biliyini zənginləşdirməkdən yaranır. Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasının mama–ginekoloqu  Tibb üzrə fəlsəfə doktoru Samirə Əkbərbəyova  ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir  Samirə həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən  razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə insanların həyatına, ömrünə nur, şəfa bəxş etmişdir. Azərbaycanımızın tanınmış mama – ginekoloqu   Samirə Əkbərbəyovanın adı respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər. Samirə Əkbərbəyova həm bir nüfuz sahibi ziyalı kimi həm də şəfalı əlləri ilə xalqın keşiyində dayanaraq, əzmlə çalışan həkim kimi təqdirəlayiq xidmətləri ilə sayılıb, seçilən səhiyyə işçisidir. Samirə  həkim Bakıda və Respublikada xalq, ictimaiyyət tərəfindən hörmətlə tanınan nadir şəxsiyyətlərin ehtiram bəslədiyi bir həkimdir. Samirə xanıma müraciət edənlərin çox hissəsi alimlər, şair və yazıçılar, xadimlər və dövlət qulluqçularıdır və onlar bu həkimin peşəkarlığından çox razı halda deyirlər: - Samirə həkim ustad həkim olmaqla yanaşı həm də xeyirxah, haqsevər bir insandır.
Mən həm bir müalicə olan xəstə həm də cəmiyyətin bir nümayəndəsi olaraq, deyə bilərəm ki, ilahi Samirə Əkbərbəyovaya  dünyanın ən böyük nemətini bəxş etmişdir. O nemət bu şəxsdə olan, onun ruhunda – qəlbində qərar tutan xeyirxahlıqdır. Bu insan hər bir kəsin könlündə özünə qarşı yalnız xoş hisslər yadigar edir. Mənim bir pasient kimi ona olan hörmət və məhəbbətimin hüdudu böyükdür.
Həkimin qəbulunda olarkən edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma bir ümid yaratdı. Həkimin mənimlə diqqət və səbirlə davranmağı xəstələrə olan qayğınızdan xəbər verir. Sizinlə söhbət zamanı müalicənin vacibliyini sadə dildə mənə elə izah etdiniz ki, daxilən əməliyyata mən hazır oldum. Həyatda qalacağıma inancım az olsa da, sizinlə söhbət ürəyimdəki qorxunu azaltmışdı. Sizin və tibbi personalınızın çox böyük səyi nəticəsində müalicə zamanı çıxan problemlərin də aradan qaldırılmasına səbəb oldu. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları sizin sayənizdə oldu.

Hörmətli redaksiya, artıq həmin həyəcanlı günlərim  arxada qalıb. Samirə həkimin şəfalı əlləri ailəmizin əvvəlki sevincini özünə qaytarıb...
Təmənnasız, qayğıkeş, xəstəsini bir an belə nəzarətsiz qoymayan, Hippokrat andına həmişə sadiq qalan həkim-ginekoloq   

Samirə Əkbərbəyovaya   ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm. Müalicə olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarlarıma deyirəm: Şəfalı əlləriniz var olsun
 Hörmətlə, Samirə həkimin müalicə etdiyi xəstə Hüseynova Lalə шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar