Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yeganə Kərimova –Həyatın mənası

Baxılıb: 1 917     Tarix: 07-02-2019 10:04   

Həyat tarixin bütün dövrlərində gözəllikləri, yüksəlişi, tərəqqisi ilə məna kəsb etmiş, etməkdədir və bu dünya var olduqca davam edəcəkdir. Kainat gözəlliyi, təbiət gözəlliyi və gözəl insan. Bunlar əsrlər boyu uzlaşaraq, vəhdətdə olan mövcudiyyətlərdir. Başlığı verməklə qadın gözəlliyi və bu ilahi tərəfindən bəxş olunan bu əvəzolunmaz ənamın qorunması mövzusu qısa şərhi təqdim etmək istəyirəm. Azərbaycanda və xarici ölkələrdə uğurlu fəaliyyəti ilə ləyaqət və şərəf sahibi kimi tanınan həkim –kosmetoloq Yeganə Kərimovanın nailiyyətlərinin özəyi qadınlara bəxş etdiyi gözəlliklərdir. Peşəkar həkim – kosmetoloqun çalışdığı  Facestudio  estetik mərkəzində öz sənətinin vurğunu olan əsil mütəxəssislər çalışaraq , xanımların gözəlliyi keşiyində əzmlə dayanırlar.


 Üz dərisinin hamar və qırışsız olması, dərinin dartılması masajlarla aparılan prosedurlar, kosmetoloji xidmətlər xanımlara gənc görünüş bəxş edir. Yeganə xanım Kərimovanın  fikrincə insanın xarici görünüşünə onun daxili aləmi də təsir edir: - Biz hər bir xanımın gənc və gözəl görünməsi üçün əlimizdən gələni edərək deyirik: -Bizim çəkdiyimiz zəhmətə siz də bir əlavələr edin. –Yəni qəlbinizi təmiz, ürəyinizi açıq, dilinizi şirin edin ki, ətrafdakıların alqışını – duasını qazanasınız.
Belə halda insan cəmiyyətin – ictimaiyyətin nəzərində daha gözəl görünür. Əks halda – qaraqabaq, qəlbi xislətli, təbəssümü izlənilməyən , özünə qapanan qadın istər dünya gözəli olsun, onun heç bir şirinliyi qəşəngliyi duyulmayacaqdır. Elə bu gözəl dünyagörüşünə, çox faydalı məsləhətlərinə görə də Yeganə xanımı hamı sevir. Əziz və hörmətli həkim- kosmetoloq Yeganə Kərimova  sizin elmi biliklərinizin,təcrübənizin bar bəhəri sahib olduğumuz gözəlliklərdir. Fəaliyyətiniz boyunca çəkdiyiniz zəhmətlər və yaratdığınız gözəlliklər nuri- ziya olub yollarınıza çilənsin. Bütün işlərinizdə uğurlar, ailənizlə, əzizlərinizlə bərabər sizə sizə uzun ömür və xoşbəxt həyat arzulayırıq.
Gözəllik sirlərinizdən faydalananlar adından:
(Lala, Günay və Səbinə )



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar