Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Məlahət Rüstəmova Qızıl əllər sahibidir!

Baxılıb: 1 347     Tarix: 08-02-2019 10:47   
Bəzən insanlar elə güman edir ki, hər yaşın öz gözəlliyi var və bu toxunulmaz bir mövcudiyyətdir.  Amma əsl həqiqət bizə başqa bir aləm bəxş edir. Təsəvvürümüzə gətirək, qırışaraq sallanmış üz, altı çüxura düşmüş gözlər, ağarıb – seyrəlmiş qaşlar və saçlar – belə görkəmdə insan hər kəsə nə qədər əziz olsa belə, ətrafdakılara bu yazıq görkəmi ilə necə təsir bağışladığı məlumdur. Artıq hər kəsə o da məlumdur ki, yaş həddi hətta 25-i keçdikdən sonra təravətin inkişafı azalır. Odur ki, insan həm özünə, həm əzizlərinə və həm də cəmiyyətə xoş təsir bağışlamaq üçün öz görkəmini ən azından normal halda saxlamaq üçün çalışmalıdır. Bütün bu problemlərdən həlli yolları respublikamızda kifayət qədər hörmətlə tanınan həkim – kosmetoloq Məlahət Rüstəmovaya aydındır və onun yardımı ilə hər kəs öz gənc və təravətli gəncliyini – gözəlliyini qoruyub saxlaya bilir. Müxtəlif prosedurların köməyi ilə əsas alın nahiyəsindəki, üzdəki və çənə - boğaz ətrafındakı qırışların aradan qaldırılması ilk növbədə hər bir qadını cavanlaşdırır. Söhbət yalnız problerin aradan qaldırılmasından getmir.

Dəridə müəyyən səbəblərdən yaranan səpgilərdən, qızartılardan xilas olmanın açarı həkim- kosmetoloq Məlahət xanımın əlindədir. Bunlardan əlavə hər hansı bir qadın daha gözəl, daha məsum görünüşlü və daha cazibədar görünmək istədiyi biz qadınlara sirr deyil. Elə isə gəlin gözəlliyimizə daha əsrarəngiz gözəlliklər qataq. Bəzən estetik zövqü yetərincə olmayanlar elə başa düşürlər ki, daha çox makiyaj etmək insana daha artıq gözəllik bəxş edir. Əslində isə həqiqət bunun əksini deyir. Daha kəskin və artıq boyalar qadını bayağı körkəmə salaraq, onu öz yaşından  daha böyük göstərir.
 Elə isə tələsin!
Əziz xanımlar daha gənc görünmək və daha gözəl olmaq üçün həkim – kosmetoloq Məlahət Rüstəmovanın qəbulunda olmağa və onun dəyərli tövsiyyələrindən faydalanmağa vaxt ayırın. Çünki, zaman gözləmədən dövr edir. Uca Tanrının bizlərə bəxş etdiyi gözəlliyi, təravəti qoruyub saxlamaqla ömrümüzün payızına; hətta qışına belə bahar sədası bəxş edə bilərik.
Gözəllik bir nemətdir
 gərəkdir onu duymaq,
Şux baxışı, ay üzü
Qocalıqdan qoruyaq.
Məlahət xanım bizə
Bu yolda kömək edər,
Tanrı payız çağında 
Ömürə bahar verər. 
 
Heç bir təbliğə və tərifə ehtiyacı olmayan Məlahət xanımın fəaliyyətindən bəhrələnən bir çox pasientlərdən (Geyhunə, Səadət Ruxsarə və.s.) redaksiyamıza daxil olan məktubları oxuduqca gələn telefon zənglərindən eşitdiyimiz minnətdarlıqları dinlədikcə qürur duyuruq ki, Azərbaycan xanımı ilə həqiqətən də öyünməyə dəyər. Biz fəxr edirik ki, vətənimizdə Azəri xanımlarının qocalıqdan qorunması, daima gözəl və təravətli olaraq, nikbinliklə həyat sürməsi naminə öz elmi –biliklərindən, təcrübə və bacarığından qətiyyətlə istifadə edərək, əzmlə çalışan nüfuz sahibi olan Məlahət xanım Rüstəmova kimi həkim – kosmetoloqlarımız vardır.

Gözəlliyə dəyər verən gəncliyini və təravətini düşünən xanımlara yolunuzu Larose Beauty Estetik Mərkəzindən  dan salın və onda bu həqiqətin canlı şahidi olarsınız.
Sizlərə ömrün hər dövründə bahar ətirli gözəl həyat bəxş etmək üçün çalışan Məlahət xanım Rüstəmovaya səadət və uğurlar diləyirik Uca Tanrıdan!
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar