Xanım Niftəliyeva ilə yeni dünya yaşayın
Baxılıb: 1 403 Tarix: 08-02-2019 11:14
Bəli , həqiqətin özəyi olan bəşər övladının qəlb dünyasından söhbət dedır. Xəstə qəlb və düşkünləşmiş ruhlu insan irəliləyə bilmədiyi artıq elmə və ilahiyyata da bəllidir. Bu zəiflikdən xilasın yolunu arayanlar: - “Health Baku Medical Center" tibb mərkəzinin psixoloq-psixoterapevti, Ailə danışmanı uzmanı, Xətai rayon Qeydiyyat İdarəsinin psixoloqu Xanım Niftəliyevaya müraciət edir.
Qəlbinizdə bir Allah birdə o gözəl insan,
Adıyla qürur duyur Xalqımız – Azərbaycan
Sən yetirdin bizlərə o, fədakar həkimi,
Müqəddəs peşəsinin ədalətli hakimi.
Oxuculara təqdim edəcəyimiz şərh tanınmış həkim, yüzlərlə insana yeni bir dünya – kamillik, müdrikliklə ziyalanan səbirlilik, nikbinliklə sabaha inamla irəliləməyə ruhi qüvvə verən yeni dünya! Bədbinlikdən,depressiyadan, sinir pozğunluğundan, əsəbdən, stressdən, yersiz qəzəbdən və digər insanı həyatdan küsdürərək, xəstəliklərə düçar edən əzablardan xilas olmaq istəyənlər bir ünvan tanıyır: Həkim – psixoloq Xanım Niftəliyeva – deməklə xalqın bir hissəsinin onu Peşəkar həkim kimi tanıdığının şahidi olmaq mümkündür. Bu məqalə KİV-lərin apardığı sorğu əsasında yazıldığına əminlik üçün bir neçə faktı təqdim etmək yerinə düşər: 158 nömrəli məktəbin məzunu öz minnətdarlığını belə izah etdi: Məktəbdə əlaçı olmuşam tam hazırlıq keçdikdən sonra qəbulda uğur əldə edə bilməməyim məni çox məyus etdi. Qəzəbli, iştahsız, qapalı və əsəbi idim. Evdə hamı narahat idi. Həkim Xanım Niftəliyevanın köməkliyi ilə elə dəyişdim ki, hətta əvvəlkindən də, şən və səmimi olmuşam. Səbirlə növbəti qəbula hazırlaşdım. Hazırda əlaçı tələbəyəm və ömrüm boyu Xanım həkimə duaçıyam.
Digər Bakı sakini isə ailəsinin dağılması ilə bağlı Xanım həkimə müraciət edərək, yenidən ailəsinin bərpa olunmasından bəhs etdi. Həkim – psixoloq Xanım Niftəliyeva ailə başçısı ilə, gənc ana ilə ayrı – ayrılıqda söhbət apardıqdan sonra müqəddəs ailə yenidən bir ocaqda birləşdi- deyən qaynanalar hər ikisi: Allaha şükür deyirlər. Çünki, belə olmasaydı günahsız körpələr ya atadan ya da anadan məhrum olacaqdılar.
Xanım Niftəliyevanın etdiyi yaxşılıqlar , apardığı apardığı prosedurlar, verdiyi məsləhətlər, təyin etdiyi müalicəvi əhəmiyyətli mütləqiyyətlər bütünlükdə haqqa - ədalətə bağlı ilahi məsələlərdir və bundan faydalanan yüzlərlə vətəndaşlarımız Göydə Allaha Yerdə o həkimə güvənirik söyləyir.
Əziz oxucular biz bu məqalədə o, peşəkar həkim – psixoloqun zümrüd gözlü dəryalara bənzər fəaliyyətinin kiçikcik bir damlasını qeyd etdik: Ailə münaqişəsi ilə üzləşənlər hansısa bir səbəbdən depressiya keçirənlər, uğursuzluqlara rastlaşaraq stressə düşənlər həkim Xanım Niftəliyevaya üz tutaraq, onun şəfaətindən bəhrələnir. O elə bir psixoloqdur ki, insanı surətindən, səsindən, danışığından, hətta hərəkətindən belə duyur. Hələ problemindən söz açmamış bu uzaqgörən xanımın hər məsələdən hali olduğunun şahidi olaraq hər kəsi heyrət bürüyür. Şükür İlahiyə belə həkimlər bizlərə hər zaman yardım edirlər.
Ən çox oxunanlar
Son xəbərlər