Deputat Vaqif Qələndərə təşəkkür etdi – Səbəb
Baxılıb: 875 Tarix: 08-02-2019 15:50
.jpg)
Qanunvehedef.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva deyib.
“Xəyalın əlini əməliyyat edərək cəmi bir neçə saat içərisində möcüzəvi bir şəkildə onu sağlam vəziyyətinə qaytaran gözəl həkim qardaşımız var olsun. Əməliyyatdan dərhal sonra bu şad xəbəri mənə mesaj yazaraq göndərən Vaqif müəllimin arzularına qoşularaq əziz Xəyal qardaşımıza həyatında uğurlar diləyirik”, - deputat bildirib.
Professor Vaqif Qələndər xəstənin sol əlində anadangəlmə tromplaşmış venoz hemanqüoması, malformasiyası içində olan tromplar və venoz malformasiyasının tamamilə aradan qaldırıldığını bildirib:
“Hazırda şəkildə də göründüyü kimi xəstənin hər hansı problemi yoxdur. Xəstənin bu problemi son zamanlar artaraq əlində venoz durğunluq yaratmışdı. Bu vəziyyət davam etsəydi, xəstənin əlinin biləkdən kəsilməsinə gətirib çıxara bilərdi. Artıq xəstə bundan sonra işləyib, öz ailəsinə baxa bilər. Gənc oğlana bundan sonrakı həyatında uğurlar arzulayıram”.
Ən çox oxunanlar
Son xəbərlər