Veysəl Kərimov Təşəkkürlər!!!!!
Baxılıb: 1 467 Tarix: 12-02-2019 09:31
Təqdim etdiyimiz bu məqalə ümumi cərrah Veysəl Kərimovun böyük səyi və zəhməti ilə həyata qayıdan yüzlərlə xəstələrdən biri olan ixtisasca mühəndis olan Firdovsi Əliyevin redaksiyamıza ünvanladığı məktub əsasında tərtib olunmuşdur. F.Əliyev yazır: Neçə illər idi ki, öd kisəmdəki ağrılardan əziyyət çəksəm də, gah müxtəlif səpgili müalicələrlə, gah da pəhrizlə vaxtı keçirir və əməliyyata getməyə heç cür məni razı sala bilmirdilər. Yaxın zamanlarda uzaq dağ rayonlarından birinə səfər etməyim mənim vəziyyətimi həm gərginləşdirdi, həm də birdəfəlik bu əzaba yekun vuruldu. Gərginlik ondan yarandı ki, kələ-kötürlü, eniş – yoxuşlu yollarda avtomobildə silkələndikcə ağrılar artırdı. Yekun isə onunla vuruldu ki, birdəfəlik qurtuldum bu əzabdan. Yol daşları tərpətdiyindən vana daxilinə köçürülən sistemlər də ağrıların qarşısını ala bilmədi. Belə çətin bir anda cərrah – həkim Veysəl Kərimova müraciət etməyim məsləhət görüldü. Həkim – cərrah laparaskopik əməliyyatla daşları xaric etdi. Qısa bir zaman ərzində tam sağalıb işimə başladım. İndi isə düşünürəm kaş, illər öncə bu xəstəlikdən azad olaydım. Necə mənalı çağları ağrı – acıya görə heçə verib istədiyimi yeyə bilməmişəm. Evdə ailəmi, övladlarımı narahat etmişəm. Zəhmətimlə, elmi – biliklərimi sərf etdiyim əmək haqqımı iynə - dərmana sərf etmişəm. O vaxtlar həkim – cərrah Veysəl Kərimovu tanısaydım çoxdan öd kisəsi ilə bağlı problemlərdən bu ağrı – acılı daşlardan xilas olardım.
Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Veysəl Kərimova mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Veysəl Kərimova həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayaraq, deyirik:
Üz tutaraq yanına gəlir yüzlərlə insan,
Yardımınla qurtulur xəstələr ağrılardan.
Şəfa aldıqca sizdən atalar vəanalar
Sevinir, dua edir sizə əziz balalar.
Biz də kiçik şeirlə sizləri vəsf edirik
Veysəl həkim həyatda yüz yaşasın deyirik.
Həkim – cərrah Veysəl Kərimovun xəstəliklərdən azad etdiyi xəstələr adından
Hörmətlə: Firdovsi Əliyev
Ən çox oxunanlar
Son xəbərlər