Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Vaqif Qələndər Nüfuz sahibi

Baxılıb: 932     Tarix: 12-02-2019 09:42   
 

Nüfuz elə bir sərvətdir ki, onun alınması və satılması qeyri-mümkündür. İnsan yaşadığı bir ömür boyunca aldığı elmi – biliklər, çəkdiyi zəhmətlər və həsr etdiyi səylər bahasına nüfuz əldə edə bilir. Ən əsası  isə insanlara qarşı əsil insani münasibət və qurulan hörmətli ünsiyyətdir. Bəzən olur ki, peşə sahibləri kiminsə daha şox hörmət qazanmasına həsəd aparırlar. Əslində həsəd aparmaq yox onun əməllərindən, amalından haqqa bağlılığından örnək  götürülməlidir.  Haqqında qısa şərh təqdim edəcəyimiz Plastik və Rekonstruktiv – cərrah Vaqif Qələndərin şəxsiyyəti və fəaliyyəti  əsil  örnək yoludur gələcək nəsillərimizə və gənclərimizə Vaqif həkim sözün əsil mənasında Hippokrat andına sadiq, qabaqcıl və nümunəvi Səhiyyə işçisidir. O, həm bir plastik – cərrah kimi, həmdə müəllif kimi ölkənin tanınmış ziyalılarından biridir. Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı Vaqif Qələndərin yaratdığı və bərpa əməliyyatlarında tətbiq etdiyi metodika ABŞ-ın nüfuzlu universitetinin dərsliyinə salınıb.
Qeyd edək ki, Vaqif Qələndər Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası uzrə tələbələrin və rezidentlərin hazırlanması üçün Azərbaycan Tibb Universitetində ilk dərslik və dərs vəsaitinin müəllifidir. Cərrahın özünə məxsus 6 yeni cərrahiyyə metodu,78 elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunub. Vaqif Qələndər bir çox müərkkəb əməliyyatlar, o cümlədən dirsəkdən qopmuş qolun 6-8 saatdan sonra təkrar yerinə replantasiyası (bərpa olunması) əməliyyatını müvəffəqiyyətlə həyata keçirib. Vaqif Qələndər Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvüdür.
 Hörmətli Millət Vəkilimiz Vətənin inkişaf yollarında və xalqımızın rifahı naminə uzun illərdir ki, fədakarcasına çalışan Qənirə xanım Paşayeva həkim Vaqif  Qələndərə Tovuz sakinini təmənnasız əməliyyat edərək, ona yeni bir həyat bəxş etdiyi üçün təşəkkürünü bildirmişdir. Plastik – cərrah Vaqif Qələndərə üz tutan hər bir xəstə onun yanından xoş əhval – ruhiyə ilə geri dönür. Bu həkimin xəstəyə verdiyi ilk yardım hazırlıq dövrüdür. Bəzən olur ki, cüzi problemlə hansısa həkimin qəbuluna gedən xəstə elə bir münasibətlə qarşılaşır ki, hətta özü öz həyatından bezir. Vaqif həkimi isə fərqləndirən onun mənəvi cəhətdən varlı olmasıdır. Bu varlılıq, bu sərvət insani keyfiyyətlərlə zəngin insanlara məxsusdur və xoşbəxtdir  o  kəs ki, onun haqqında: – Əsil bir insandır! – ifadələri səslənir.  Vaqif Qələndər də məhz belə bir insani dəyərlər sahibi olduğu üçün ona üz tutanların ardı arası kəsilmir. Əlbət ki, müsbət nəticələr artdıqca, həkimə inam da artır. Və insanlar ümidlə o həkimə müraciət erdirlər. Vaqif Qələndərin elmi kitabları ölkəmizdə və xarici dövlətlərdə öz tohvəsini vermiş və oxucular tərəfindən alqışlarla qarşılanmışdır. Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından ona təşəkkürümüzü bildirərək deyirik:
                   
 Xəstələr minnətdarlıq eləyirlər hər zaman
 Sizi bəxş edib bizə Yurdumuz Azərbaycan
 Xalqımız hər an deyir, Vaqif həkim var olsun
 Əzizləriylə birgə xoşbəxt, bəxtiyar olsun.

 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər