Samir Mustafayev- Xəstələrə qarşı çox diqqətlidir
Baxılıb: 1 032 Tarix: 12-02-2019 09:53
Qanunvehedef.az-ın ünvanına gələn məktubların içərisində bir gəncin həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik.Və bizdə düşünürük ki Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.
Samir həkim xəstələrə qarşı çox diqqətlidir. Apardığı müalicə böyük effektə malikdir. Bundan əlavə, bildiyiniz kimi, həkimin müalicəsi ilə yanaşı, onun xəstəyə fərdi yanaşması, xəstə ilə təmasını düzgün qurması da, müalicənin səmərəli olmasında böyük rol oynayır. Bu baxımdan, Samir həkim gənc olmasına baxmayaraq, olduqca yüksək təcrübəyə malikdir. Samir Mustafayevin həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də müalicənin səmərəliliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur.
Artıq neçə müddətdir ki, qızımın sağlamlığına qovuşması üçün getmədiyim ünvan, döymədiyim xəstəxana qapısı qalmamışdı. Bütün həkimlərin diaqnozu eyni idi, amma xəstəliyin geriləməsi, qızımın inkişaf etməsi, sağalması gecikirdi.
Elə bu fikirlərlə artıq qızımı qonşu ölkələrdən birinə aparmağa hazırlaşırdım. Lakin son ünvanımız olan Mərkəzi Gömrük Hospitalı-nın invaziv – radioloqu Samir Mustafayevlə qarşılaşdıq. Gənc olmasına baxmayaraq, öz işinin mütəxəssisi olan, işini çox sevən bu həkim sanki bizim ağ xalatlı xilaskarımız oldu.
Hörmətli Samir həkim! Ölkəmizin sizin kimi profesional həkimlərə ehtiyacı var. Mənim kimi yüzlərlə, bəlkə də minlərlə ürək xəstəliyindən əziyyət çəkənlər var. Siz onları şəfalı əllərinizlə həyata qaytarırsınız. Mənim kimi xəstələrin ölkədən kənara müalicəyə getməmələrinə məhz sizin kimi həkimlər səbəb olur. Sağ olun ki, varsınız. O qızıl əlləriniz heç vaxt dərd görməsin. Allah uğurlarınızı, nailiyyətlərinizi davamlı etsin. Sizin kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.
Həyatda heç bir şey səbəbsiz baş vermir, Tanrıya verdiyi dərd üçün də, şəfa üçün də təşəkkür edirəm, sayəsində belə bir alimi, ziyalını tanıtdırdı mənə! Bəli, Samir Mustafayev keçib xəstənin yanında əyləşə bilən, onun çəkdiyi acını bölüşməyi bacaran, ağrısını öz içindən keçirə bilən bir həkimdir. Üzümü ona tutub Ulu Tanrıdan cansağlığı arzulayır, xəstələri üçün həmişə inam, ümid və etibar yeri olmasını diləyirəm.
Qəlbi Tanrı istəyilə nurlanan,
Bir məlakə timsalıdı həkimlər!
Açar qapısını naümid qalan.
Neçə dərdin dərmanıdı həkimlər!
Çarpar bircə anda qəlbi yüz yerə,
Görsə ki, əlacsız qalıbdı xəstə...
Bəzən bir sözüylə bütöv bir ömrə,
Olum, ölüm fərmanıdı həkimlər!
Sizə ailəm və öz adımdan təşəkkür edirəm və möhkəm can sağlığı arzulayıram.
Hörmətlə: Səidə xanım
Ən çox oxunanlar
Son xəbərlər