Sevinc Təbrizli Piylənmənin xilaskarı
Baxılıb: 1 998 Tarix: 12-02-2019 10:09
İnsan orqanizmi bir çiçək kimidir. Onun da boya – başa gəlmə, qönçə tək pöhrələnmə açılma dövrü ilə yanaşı solma zamanı çatır. İnsanın həyatının payız və qış dövrü mövcuddur. Lakin bəzən hətta ömrün bahar çağında müəyyən problemlərlə qarşılaşan insanlar həyat sevgisindən məhrum olaraq, bədbinliyə qapılır. Xüsusən də qadınlar öz xarici gözəlliklərinin qorunması yolunda bəzən əzaba belə qatlaşmağı özlərinə rəva bilirlər. Çünki, bu yalnız görkəm deyil, həmçinin sağlamlıq deməkdir. Söhbətimiz insan bədəninin müxtəlif nahiyələrində toplanmış artıq piy və yağlardan gedir. Müasir dövrümüzdə Azərbaycan Səhiyyəsinin unikal inkişafı zamanında bu problemin aradan qaldırılması üçün Estethica Estetik Mərkəzinə üz tutanlar sonda məmnunluqla Klinikanın rəhbəri Sevinc xanım Təbrizliyə minnətdar olduqlarını bildirirlər. Plastik cərrah adını ləyaqətlə daşıyan Sevinc Təbrizli Peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik olan əsil insandır. Sevinc Təbrizli Bakıda və Respublikada xalq, ictimaiyyət tərəfindən hörmətlə tanınan nadir şəxsiyyətlərin ehtiram bəslədiyi bir həkimdir. Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, uğurla başa vurduğu cərrahi əməliyyatlar, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir cərrah kimi ona olan inam və ehtiramı daha da artırır. Həkimə müraciət edənlərin çox hissəsi alimlər, şair və yazıçılar, xadimlər və dövlət qulluqçularıdır və onlar bu həkimin peşəkarlığından çox razıdırlar. Onun rəhbərliyi, təşəbbüsü və zəhməti ilə yüzlərlə insan bu bəladan xilas edilmişdir. Qarın divarının artıq yağ və piylərdən təmizlənmə, qarın gərilməsi, qarın divarının gəncləşdirilməsi üçün genişlənmiş əzələlərə forma verilməsi kimi cərrahi əməliyyatlar həyata keçirilir. Üz və boyun nahiyəsinin liposaksiyası əməliyyatı ilə çənə-altı və boyun nahiyələrinə gözəllik- gənclik nəqş olunur. Artıq piy toxumalarının toplandığı boyun, diz, bud, qarın divarlarının ön və bayır hissələri üzərində liposaksiya əməliyyatları həyata keçirən həkim Sevinc-Təbrizli həmçinin rəhbərlik etdiyi kolektivin məsuliyyətlə fəaliyyət göstərməsinə böyük məsuliyyət hissi ilə yanaşır. Sevinc Təbrizlinin önəmli tövsiyyələrindən bu məqaləyə daxil etməyi özümümə borc bilirik: -Hər bir insan (xüsusən qadınlar öz sağlamlığını qorumaq üçün ilk növbədə çəkiyə diqqət yetirməlidirlər. Çünki, bütün xəstəliklərin əksəriyyəti artıq çəki – piylənmə ilə bağlı olur. Odur ki, adətən hər hansı bir xəstəliyi aradan qaldırmaq üçün ilk növbədə fiziki fəallıqla çəkinizi azaldın.
Daha sonra onu demək istəyirəm ki qidalanmanın düzgün, vaxtında və keyfiyyətli olmasına hər kəs özü nəzarət etməlidir. Bəzən un məhsullarından hazırlanmış yağlı yeməklərlə, şirniyyatla, heç bir pəhrizə baxmadan qarnını doyuranlar sonradan üst-üstə qalanmış piylərdən yaxa qurtarmaq üçün əzaba qatlaşmalı, zaman, vəsait sərf etməli olurlar. Lakin onu da qeyd etməliyəm ki, bu nəsildən – gendən asılı olaraq və yaxud da hansısa xəstəliklə əlaqəli şəkildə baş verə bilir. Bütün hallarda hazırkı dövrümüzdə ən çox rastlaşdığımız bu xəstəliklərdən azad olmaq üçün həm sağlam – gümrah olmaq, həm də gəncliyinizi, gözəlliyinizi qoruyub saxlamaq üçün Estethica Estetik Mərkəzinnin rəhbəri Plastik cərrah Sevinc xanım Təbrizliyə müraciət etməniz məsləhətdir.
O, xanım fədakardır
Peşəkar həkim kimi
Onu bizə bəxş edib
Yerin – göyün hakimi
Hüzuruna gələnlər
Ona – Yaşa! – söyləyir.
Xalqımız –Sevinc xanım
Əsil insandır deyir.
Estetika Klinikasının rəhbəri, plastik cərrah, Sevinc Təbrizliyə daha böyük nailiyyətlər arzulayırıq.
Ən çox oxunanlar
Son xəbərlər