Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Elşən İbrahimova Qarayevlər ailəsi minnətdardır

Baxılıb: 2 319     Tarix: 12-02-2019 10:21   
 
Oxucuları əvvəlcə mövzumuzun qəhrəmanı ilə yaxından tanış edək:
Həkim Elşən İbrahimov 2002-ci ildə Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsini bitirib.
2004 ildə Türkiyə Cümhuriyyəti Dokuz Eylul Universitetində Göz xəstəlikləri üzrə uzmanlıq keçmişdir.
2009-cu ildən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında Oftalmoloji şöbəsinin müdiri vəzifəsində çalışır.
Türkiyə Cümhuriyyəti Oftalmoloji Cəmiyyətin üzvüdür.
Bir çox seminar, konfranslarda və s. fəal iştirak edir.

Hazırda Azərbaycanın bir çox bölgəsindən gələn vətəndaşlarla çalışan Uzm.Dr. Elşən İbrahimov  indiyədək minlərlə pulsuz əməliyyatlar edərək, insanların rahat görməsinə və işığa qovuşmasına şərait yaratmışdır.
Müxtəlif fondlarla mütəmadi əməkdaşlıq edən oftalmoloq onların göndərdiyi yaşlı insanlar və kimsəsizlərə pulsuz tibbi yardım göstərir və əməliyyatlar həyata keçirir. Görmə zəifliyi yüksək olan insanların əməliyyatdan sonra onların sevinc göz yaşlarını görmək heç bir maddiyatla ölçülə bilməz. Bu duyğunun izahı yoxdur”, - deyə, İbrahimov  bildirir.
Həkim – oftolmoloq Elşən həkimin nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Elşən İbrahimovun  məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir.
Qarayevlər ailəsi olaraq Mərkəzi Neftçilər Xəstəxanasının  kollektivinə səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərinizdə uğurlar arzulayırıq. Qeyd edək ki, övladımızın  gözü olduqca zəif görürdü. Biz uşağı Mərkəzi Neftçilər Xəstəxanasının Oftolmologiya şöbəsi”nə gətirdik.Elşən həkimin etdiyi Eksimer lazer əməliyyatı  cəmi 45 saniyəyə oğlumun tam görməsini təmin etdi.
Biz xüsusilə Mərkəzi Neftçilər Xəstəxanasının həkim - oftolmoloqu Uzm. Dr.Elşən İbrahimova və bütün tibbi personala bizə oğlumuzu sağ-salamat verdikləri üçün təşəkkür edirik.
Biz də xəstənin təşəkkürlərinə və xoş sözlərinə qoşuluruq, Elşən həkimə şəxsi həyatında, ailədə və həkimlik fəaliyyətində böyük uğurlar arzu edirik.

Gəlişiylə qəlbə ümid gətirən,
Ağrıları pərən salar, itirən,
İstəkləri bir-birinə yetirən,
Şirin arzu karvanıdı həkimlər!

Acı dərman bala dönər əlində,
Adi söz də çiçəkləyər dilində,
Hörməti var Azərbaycan elində,
Hər bir evin doğmasıdı həkimlər!
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər