Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Famil həkimə- üz tutan insanlar həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar.

Baxılıb: 2 008     Tarix: 17-02-2019 00:52   




Peşəkarlıq həkim sənəti üçün xüsusilə vacib olan keyfiyyətdir. Peşəkarlıq isə öz işini dərindən bilib, böyük məhəbbətlə sevməkdən, həmişə yenilik axtarışında olmaqdan, biliyini zənginləşdirməkdən yaranır. Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan Famil Sevdimalıyev Lanset Cərrahiyyə  Klinikasının Ümumi cərrahı, Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli həkim ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Famil  həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə insanların həyatına, ömrünə nur, şəfa bəxş etmişdir. Azərbaycanımızın tanınmış cərrahı Famil Sevdimalıyev  adı respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər. Famil Sevdimalıyev həm bir nüfuz sahibi ziyalı kimi həm də şəfalı əlləri ilə xalqın keşiyində dayanaraq, əzmlə çalışan həkim kimi təqdirəlayiq xidmətləri ilə sayılıb, seçilən səhiyyə işçisidir. Famil  həkim Respublikada tərəfindən hörmətlə tanınan nadir şəxsiyyətlərin ehtiram bəslədiyi bir həkimdir. Artıq neçə illərdir ki, Azərbaycan səhiyyəsinin şərəfini qoruyan Famil həkimə bu illər ərzində müraciət edənlərin çox hissəsi alimlər, şair və yazıçılar, xadimlər və dövlət qulluqçuları, respublikamızın hər bir regionundan şəfa tapmaq üçün müraciət edən onlarla vətəndaş  bu həkimin peşəkarlığından çox razı halda deyirlər: -Famil həkim ustad həkim olmaqla yanaşı həm də xeyirxah, haqsevər bir insandır. Famil həkim bu illər ərzində dəqiq müayinəsi ilə xəstəyə yeni həyat verib, onları ölümün pəncəsindən alıb.

Famil  həkimə daxil olan minnətdarlıqlar içərisində Məmmədovlar ailəsinin Savalan babanın razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir: Mənim etdiyim dualar Famil həkimin yoluna nur saçsın deyir Savalan baba.

Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Famil Sevdimalıyevə  mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Famil Sevdimalıyevə həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayarıq.

Qanunvehedef.az saytı olaraq Famil həkimə uğurlar arzu edirik.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər