Mərdan Əliyev -Sirroz xəstəliyinin əlamətləri hansılardır?
Baxılıb: 2 227 Tarix: 16-02-2019 10:26
Qanunvehedef.az saytı Medikus Tibb Mərkəzinin Hepatoloq infeksionisti Mərdan Əliyevin müsahibəsini təqdim edir. Bu müsahibədə son dövrlər daha tez-tez rast gəlinən Sirroz xəstəliyinin səbəbləri və müalicəsi haqqında danışacayıq.
- Doktor, sirroz qaraciyərin hansı dövr xəstəliyidir?
- El arasında buna bərkimə də deyilir. Tibbi dildə isə “normal qaraciyər toxumasının fibroz və ya birləşdirici toxuma ilə əvəz olunması” adlanır. Normal toxuma sıradan çıxır, onun yerini birləşdirici, sərt toxuma alır. Beləliklə, 2 proses baş verir. Bir tərəfdən qaraciyərin öz toxuması azaldığı üçün funksiyanı yetərli dərəcədə yerinə yetirə bilmir, digər tərəfdən isə bərkidiyi üçün damarlar da sıxılır. Nəticədə mədə-bağırsaq sistemində qan axını durğunluğu yaranır. Buna da portal hipertenziya deyilir.
Sirroz xəstəliyinin əlamətləri hansılardır?
Qaraciyər sirrozu elə bir xəstəlikdir ki, sakit-sakit inkişaf edir və bu, hiss olunmur. Artıq xəstəlik ağır həddə çatdıqda əlamətlər özünü biruzə verməyə başlayır. Aşağıdakı əlamətlərlə özünü biruzə verir:
- Yorğunluq, ümumi zəiflik
- Tez-tez və asan qanaxma halları
- Bədən səthində asanlıqla yaranan qançırlar
- Qarında mayenin toplanması
- İştahasızlıq
- Ürəkbulanma
- Ayaqda şişkinlik
- Çəkinin azalması
- Qarında köp
- Qızdırma
- Dəridə qaşınma
- Yuxusuzluq
- Bozumtul dəri
Yalnız müayinə vaxtı insanda bu xəstəliyin olmasını müəyyən etmək mümkündür. Ona görə sirrozun zamanında müəyyən edilməsi üçün xəstəliyi yaradan səbəblər və risk faktorları haqqında ətraflı məlumata malik olmaq lazımdır. Bunun üçün ilk əlamətlərini hiss etdikdə həkimə müraciət etmək mütləqdir.
Sizin fikrinizcə sirrozun yaranma səbəbləri nədir?
Sirroz qaraciyərdə uzun müddət davam edən və fərqli səbəblər üzündən qaynaqlanan xroniki iltihab proses nəticəsində formalaşır. Qaraciyər hər zədələnmə (iltihab) epizodunda özünü bərpa etməyə çalışır və nəticədə öz parenximasında çapıq toxumasının formalaşmasına səbəb olur. Zaman keçdikcə qaraciyər öz normal funksiyasını yerinə yetirməyə çətinlik çəkir. Qaraciyərdə sirrotik dəyişikliklər (çapıqlaşma) dərinləşdikcə o artıq öz normal funksiyasını yerinə yetirə bilmir və yuxarıda sadalanan əlamətlərin meydana çıxmasına səbəb olur.
Elə bir zaman gəlir ki, qaraciyər öz fəaliyyətini tam itirir və bu zaman yeganə ümid qaraciyər köçürməsinə qalır. Amma qeyd edək ki, qaraciyərin bu hala gəlib çatmasına qədər bir qayda olaraq uzun zaman keçir və xəstə öz qaraciyərində gedən prosesi ləngitmək və ya tam dayandırmaq imkanlarına malik olur. Sirrozun zamanında müəyyən edilməsi üçün xəstəliyi yaradan səbəblər və risk faktorları haqqında ətraflı məlumata malik olmaq lazımdır.
Xəstəliyin ağırlaşması hansı hallarda baş verir?
Sirrozlu xəstələrdə bir çox ağırlaşmaların olması mümkündür: - İnfeksion xəstəliklərin tezliyinin artması. Sirrozlu xəstələrin bədəni infeksiyalarla mübarizə aparmaqda çətinlik çəkir. - Maddələr mübadiləsinin pozğunluğu. Qaraciyərdə sirroz bədəndə maddələr mübadiləsinin pozulmasına səbəb olur. Bu isə öz növbəsində ümumi zəiflik və çəkinin azalmasına gətirib çıxarır - Qanda yüksək miqdarda toksinin dövr etməsi. Qaraciyər qanda olan toksinləri çıxdaş edə bilmədiyindən bu toksinlən bütün bədəndə xüsusilə də baş yeyində problemlər yaradır. Buna hepatik ensefalopatiya da deyilir. Belə
ki, insanlrın şüurunda dumanlılıq, diggətlərini toplaya bilməmək kimi xüsusiyyətlər əmələ gəlir. Zaman keçdikcə ensefalopatiya süstlük və komaya gətirib çıxara bilər. - Qapı venasında təzyiqin artması – portal hipertenziya və qida borusu venalarının varikoz genişlənməsi. Qapı venası bağırsaqlar və dalaqdan gələn venoz qanı qaraciyərə ötürür və qan təmizləndikdən sonra qaraciyər venaları vasitəsilə aşağı boş venaya axır. Amma sirrozlu xəstələrdə venoz qan qaraciyə daxil ola bilmədiyi üçün qapı venasında toplanıb qalır və onda təzyiqi artırır. Qapı venasında toplanmış qan əlaqəli olan kiçik venalar vasitəsilə ürəyə doğru hərkət edir və bir müddətdən sonra bu venaların genişlənməsinə səbəb olur. Bunlardan ən təhlükəlisi qida borusu və mədə dibində yerləşən venalarıdır. Genişlənmiş (varikoz) qida borusu venaları çox asanlıqla partlaya və həyat üçün təhlükəli qanaxmalara səbəb ola bilir. - Qaraciyər xərçənginin formalaşma riski. Sirroz qaraciyərdə Hepatoselülar Karsinoma adlanan xərçəngin formalaşmasına gətirib çıxara bilər. Odur ki, sirrozu olan xəstələrə tez-tez ultrasonoqrafik müayinədən keçmək tövsiyyə olunur.
Sizcə xəstəliyin müalicəsi mümkündürmü?
Sirrozun tam müalicəsi mümkün olmasa da onun dərinləşməsinin qarşısını almaq mümkündür. Xəstəliyin ilkin mərhələlərdə müəyyən edilməsi onun müalicəsində daha qənaətbəxş nəticələr əldə edilir. Müalicə zamanı əsas məqsəd sirrozun yaranmasına səbəb olan faktor və ya faktorların aradan qaldırılmasıdır. Bunlara nümunə kimi, spirtli içkiyə aludəliyin və ya virus hepatitlərinə qarşı müalicəni nümunə gətirmək olar. Qaraciyərin xroniki zədələnməsinə səbəb olan bu kimi faktorların aradan qaldırılması sirrozun dərinləşməsinin qarşısını ala bilir. Məsələn, artıq ciddi ağırlaşmalara gətirib çıxara bilən alkoqol sirrozları zamanı alkoqol faktorunun aradan qaldırılması nəticəsində 5 illik yaşam müddəti 50%-dən çox olur.
Sirroz zamanı meyadana çıxan ağırlaşmaların da müalicəsi də diqqət mərkəzində saxlanılır. Qarın boşluğnda yığılan maye (assit) və aşağı ətraflarda yaranan şişkinliyin aradan qaldırılması məqsədi ilə diurezi sürətləndirən dərman maddələri və az duzlu pəhriz tətbiq edilir. Bəzi hallarda assitik maye kiçik cərrahi müdaxilə nəticəsində xaric edilə bilər.
Portal hipertenziyalı xəstələr daha çox diqqət mərkəzində saxlanılır. Çünki hər bir zaman həyat üçün təhlükəli olan qida borusu qanaxmalari mümkündür. Bu zaman endoskopik yolla qanaxan damarın bağlanması və qanaxma əleyhinə terapevtik tədbirlərin görülməsi problemi aradan qaldıra bilir. Amma endoskopix xidmətin heç də hər yerdə olmaması üzündən qida borusu venalarının varikoz genişlınməsi olan xəstələr çox ehtiyatlı olmalı və vəziyyətlərinin ciddiliyini diqqət mərkəzində saxlamalıdırlar. Bəzi hallarda portal venada (qapı venasında) təzyin azaldılması məqsədilə dərman
maddələrində də istifadə edilir. İnfeksiya ilə yoluxma hallarında həkiminiz sizə antibiotiklər təyin edə bilər.
Qaraciyər xərçənginin skrininqi məqsədilə dövri olaraq ultrasəs müayinəsi və bəzi qan testləri etmək vacibdir. Hepatik ensefalopatiya hallarında həkim bəzi dərman maddələrinin təyini ilə əlamətləri azaltmağa çalışacaq. Dərin sirrotik dəyişikliyə uğramış qaraciyərin transplantasiya yolu ilə dəyişdirilməsi yeganə çıxış yolu hesab edilir. Qaraciyər transplantasiyası ya beyin ölmü təsdiq olunmuş insanın bütöv qaraciyərinin, ya da sağlam donorun qaraciyərinin bir hissəsinin köçürülməsi ilə həyata keçirilir.
- Oxucuları maraqlandıran əsas suallardan biri sirrozun sağalıb-sağalmaması ilə bağlıdır. Beləliklə, sirroz xəstəliyi sağala bilərmi?
-Təxminən 10 il bundan əvvəl bütün dünya, təbabət bu suala “yox” cavabı verirdi. Hamı əminliklə deyirdi ki, sirroz sağala bilməz. Amma son illərin təcrübəsi göstərir ki, erkən mərhələdə olan sirrozlarda xəstəliyi törədən səbəblər aradan qaldırılsa, xəstəlik müəyyən qədər geriyə dönə bilər, ən azından olduğu mərhələdə dayanar. Artıq sirrozu, xüsusilə də erkən mərhələlərini geriyədönən, düzələn, sağala bilən xəstəlik kimi qəbul etməyə başlamışıq.
yoluxucuxestelikler.com
Dr. Mərdan Əliyev
Telefon Tel: 050 273 93 05
Məqsədimiz serrozlar və digər yoluxucu xəstəliklər barədə xəstələri ən üst səviyyədə maarifləndirmək və hepatitlərin ölkəmizdə eliminasiyasına nail olmaqdır. Biz sizin üçün burdayıq. Bütün suallarla bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
ÜSTÜNLÜKLƏRİMİZ
* Avropa müalicə standartları
* Ən effektiv dərmanlarla müalicə
* Telefon və whatsapp ilə daim dəstək
* Ən münasib qiymətlər
* 100% sağalma

Ən çox oxunanlar
Son xəbərlər