Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan
Baxılıb: 2 322 Tarix: 17-02-2019 00:58
Mərdan həkimin həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də müalicənin səmərəliliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur.
Mən də bütün gənclər kimi sağlam yaşamaq istəyirəm. Təəssüf ki, məndə sirroz xəstəliyi var və 6 ildir bu xəstəlikdən əziyyət çəkirəm. Qapı döymədiyim xəstəxana və həkim qalmadı, heç bir həkim dərdimə əlac tapa bilmədi. Artıq əlimi həyatdan üzsəm də, ümidimi Allaha bağlamışdım. Təsadüfən bizə dedilər ki, Medikus Tibb Mərkəzində Mərdan Əliyev adlı ixtisaslı Hepatoloq infeksionist həkimi var, o bir mütəxəssis kimi öz ixtisasını mükəmməl bilir, hətta bir çox ölkələrdən həkimin yanına xəstələr gəlir. Çox təcrübəli həkimdir.
Bu sətirlər Mərdan həkimin müalicəsindən şəfa tapan Bakı sakini Əliyev Sabirin “Qanunvehedef.az” saitinə yazdığı minnətdarlıq məktubundandır. “Düzü, mən sağalacağıma ümidimi itirmişdim. Məni həmin həkimin yanına apardılar. Mərdan həkim bizi çox səmimi və mehribancasına qarşıladı. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir şey yoxdur, müalicə edəcəyik, xəstəlikdən qurtulacaqsan.. Artıq müalicə öz bəhrəsini verir”.
Hörmətlə: Mərdan həkimin müalicəsindən şəfa tapan Sabir Əliyev
Səhhətimdə yaranan problemlə bağlı Medikus Tibb Mərkəzində müalicə olunmağa müraciət etdim. Bağırsağımda olan infeksiyalar məni çox narahat edirdi. Həkimim də həkim-infeksionist Mərdan Əliyev oldu. O, məni hərtərəfli müayinə və müalicə etdi. Hazırda səhhətim yaxşıdır, özümü rahat hiss edirəm, daha da yaxşı olacağıma ümid edirəm. Sizə təşəkkür etməyi özümə borc bildim. Klinikanıza işlərində uğurlar arzulayıram.
Mən çox sevinirəm ki, respublikamızda Mərdan Əliyev kimi təcrübəli, işini sevən, savadlı kadrlarımız hələ də var. Hamıya qayğı ilə yanaşan, nəvaziş göstərən belə həkimlərimiz yetərincədir. Mən ilk gündən Mərdan həkimə böyük ümidlər bəslədim. Görünür yanılmamışam.
Sizdən xahiş edirəm ki, Mərdan Əliyev kimi dəyərli həkimlərimizin qədrini bilək, onların layiqli dəyərini verək. İstərdim ki, Mərdan həkimin də zəhmətini qiymətləndirəsiniz. Və sonda mənim müalicəmdə çəkdiyi zəhmətə görə Mərdan həkimə təşəkkür edirəm. Həyatda və işlərində uğurlar arzulayıram. Onun diqqət və qayğısı sayəsində artıq sağlamlığımı bərpa etmişəm.
Hörmətlə: Fazil Əliyev
Ən çox oxunanlar
Son xəbərlər