Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Kamilla İsayeva -İdman edən zaman mütləq məşqçinin nəzərdə tutduğu proqramları həyata keçirmək sizə gözəl görkəm verə bilər.

Baxılıb: 1 925     Tarix: 21-02-2019 13:24   

Mütəmadi idman məşqlərinin faydaları hər kəsə məlumdur. Məlumdur ki, sağlamlığı qorumağın ən səmərəli üsulu müəyyən idman növləri ilə məşğul olmaq, bədəni hərəkətsizlik halından çıxarmaqdır. "Sağlam bədəndə sağlam ruh olar”-deyib müdriklərimiz. Buna nail olmaq üçün isə düzgün qidalanmaq, pis vərdişlərdən uzaq durmaq, idmanla məşğul olmaq və s. vacibdir. Sevindirici haldır ki, son illər gənclərimiz ilə yaşlı nəsil də idmana daha çox maraq göstərir, fitness salonlarına üz tuturlar.

Müsahibim Body philosophy by Kamilla Qadın Klubunun həkim məşqçisi Kamilla İsayevadır. Həkimlə Skolioz, kifoz xəstəliyində müalicəvi idmanın rolu, əyri ayaqların düzəlməsi,yerişin ,qamətin,belibüküklüyün aradan qaldırılmasında idmanın rolu barəsində danışacayıq.

Kamilla xanım, redaksiyamıza ünvanlanan məktubların birində skolioz xəstəliyindən əziyyət çəkən Səmra xanımın yazısı diqqətimi çəkdi. Səmra xanımın sözlərinə görə skolioz xəstəliyindən əziyyət çəkirdim. Kamilla xanımın təyin etdiyi müalicəvi idman hərəkətlərindən sonra belimdəki əyrilik və ağrılar xeyli azaldı. Artıq özümü yaxşı hiss edirəm. Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Kamilla İsayeva mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm.


Kamilla xanım zəhmət olmasa, müalicəvi idmanın skolioz, kifoz xəstəliklərinin müalicəsində nə kimi rolu var? 

Mənim tətbiq etdiyi kompleks müalicənin tərkib hissəsindən biri də müalicəvi idmandır. Müalicəvi idmanın köməyi ilə onurğa sütununun əyriliklərini aradan qaldırıram.Bu xəstəlik 3 növə bölünür; önə (lordoz), arxaya (kifoz), və yana (skolioz) əyilmələr. Korreksiyaedici idman hərəkətlərinin köməyi ilə onurğanı əhatə edən əzələlərin möhkəmlənməsi hesabına təbii korset əmələ gətirilir ki, bu da onurğa sütununda olan deffekti aradan qaldırır. Müalicəvi idman hərəkətlərinin pasientin sağlamlığının bərpası prosesində də mühüm rolu var.

İdmanın insan orqanizmində rolu nədən ibarətdir?


İdman edən qadınlar özlərinə inamlı olur, dərisi gözəlləşir və sosiallaşırlar. İdman insanı həm fiziki, həm də ruhi baxımdan rahatlaşdırır. Gözəl bir bədənə sahib olan qadın cəsarətli bir paltar seçə bilər: "İdman doğru və kafi tənəffüsü təmin edir. Düzgün tənəffüs zamanı qanla beyinə və bütün orqanlara oksigen daşınır. İdman edərkən
tərləmə zamanı bədəndəki toksinlər atılır. Bununla yanaşı idman əl və ayaqların mütənasib, doğru istifadə edilməsini təmin edir. İnsana dik bir duruş verməklə yanaşı hərkətlərinə elastiklik və zəriflik qazandırır. İdman dəriyə və saça qanı sürətlə vurduğu üçün sağlam və gənc görünmənizə köməkçi olar". Mütəmadi idmanla məşğul olanlar gec xəstələnir, tez sağalır və təbiət şərtlərinə davamlıdırlar. İdman stressi qovur, psixoloji rahatlığı təmin edir, diqqətin bir yerə cəmlənməsinə kömək edir. Hər hansı bir idmanla məşğul olmadan əvvəl mütləq həkim müayinəsindən keçmək lazımdır: "Çünki bəzi xəstəliklər (ürək, böyrək çatışmazlığı, astma və ya bronxların müəyyən xəstəlikləri) var ki, idmanla düzgün məşğul olmamaq bu xəstəliklərin sürətlənmə riskini artırır. Bununla yanaşı idmanla məşğul olub, buraxmaq çox kökəlməyə də gətirib çıxarır. İdman avadanlıqlarından düzgün istifadə etməmək bədənin müxtəlif yerlərində əyriliklərə, qırılmalara, dartılmalara səbəb ola bilər. Odur ki, idmanla məşğul olmazdan əvvəl mütləq həkimlə və məşqçinizlə məsləhətləşmək lazımdır.



Sonda oxucularımıza məsləhətiniz? 

İdman edən zaman mütləq məşqçinin nəzərdə tutduğu proqramları həyata keçirmək sizə gözəl görkəm verə bilər. Məsələn, ayaqlarınızın, qarnınızın arıqlamasını istəyirsinizsə, bunun üçün ayrı proqram var. Yox, sadəcə arıqlamaq istəyirsinizsə, bunun üçün də müxtəlif proqramlar var. Yəni hər şeyi öz düşündüyünüz kimi edəndə bir qədər ehtiyatlı olun. Əks halda bu, müəyyən fəsadlarla nəticələnə bilər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar