Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bəhruz Ağayev – Nüfuzlu həkim

Baxılıb: 3 566     Tarix: 25-02-2019 15:55   

Müqəddəs həkim adı daşımaq çox adama nəsib olur, lakin onların arasında seçilən nadir həkimlər olur ki, o həkimləri el – oba yaxşı tanıyaraq, onlardan şəfa almaq üçün ünvana yollanırlar. Yaxşı həkim yalnız xəstələrin deyil, xalqın məhəbbətini qazanaraq ehtiram sahibi olur.
Redaksiyamıza daxil olan məktublar içərisində Bəhruz Ağayevə edilən minnətdarlıqların sayı – hesabı yoxdur.
Bəhruz həkimə daxil olan minnətdarlıqlar içərisində Məmmədovlar ailəsinin Fərzalı  babanın razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir: Mənim etdiyim dualar Bəhruz həkimin yoluna nur saçsın deyir Fərzəli baba.

Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Bəhruz Ağayevə   mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Bəhruz Ağayevə həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayarıq.
  
 Hörmətlə Fərzəli Məmmədov


Səhhətimdə yaranan problemlə bağlı Leyla Şıxlinskayanın Klinikasına əməliyyat olunmağa müraciət etdim. Həkimim də Uroloq-androloq Bəhruz Ağayev oldu. oldu. O, məni hərtərəfli müalicə və əməliyyat etdi.Əməliyyatın 5-ci günü hərəkət etməyə başladım. 20 gündən  sonra isə həkim mənə, valideynlərimə doğmalarıma yeriməyin sevincini bəxş etdi.
Hörmətli redaksiya! 
Mən çox sevinirəm ki, respublikamızda Bəhruz Ağayev kimi təcrübəli, işini sevən, savadlı kadrlarımız hələ də var. Hamıya qayğı ilə yanaşan, nəvaziş göstərən belə həkimlərimiz yetərincədir. Mən ilk gündən Bəhruz  həkimə böyük ümidlər bəslədim. Görünür yanılmamışam.
Sizdən xahiş edirəm ki, Bəhruz Ağayev  kimi dəyərli həkimlərimizin qədrini bilək, onların layiqli dəyərini verək. İstərdim ki, Bəhruz həkimin də zəhmətini qiymətləndirəsiniz.

Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə sevinc bəxş edən Bəhruz Ağayevə, Leyla Şıxlinskayanın Klinikasının tibbi – personalına dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəm.

  

Hörmələ: İsa Məmmədov


Bəhruz Ağayev. Neçə - neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Ata olmağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə. Allah sizi də həmişə sevindirsin mənim həkimim Bəhruz həkim 
Mən də bütün gənclər kimi sağlam yaşamaq istəyirəm. Təəssüf ki, məndə prostat vəzinin adenoması xəstəliyi var və 6 ildir bu xəstəlikdən əziyyət çəkirəm. Qapı döymədiyim xəstəxana və həkim qalmadı, heç bir həkim dərdimə əlac tapa bilmədi. Artıq əlimi həyatdan üzsəm də, ümidimi Allaha bağlamışdım. Təsadüfən bizə dedilər ki, Leyla Şıxlinskayanın Klinikasında Bəhruz Ağayev adlı ixtisaslı Uroloq – androloq  həkimi var, o bir mütəxəssis kimi öz ixtisasını mükəmməl bilir, hətta bir çox ölkələrdən həkimin yanına xəstələr gəlir. Çox təcrübəli həkimdir. 
Bu sətirlər Bəhruz  həkimin müalicəsindən şəfa tapan Bakı sakini Əliyev Farizin “Qanunvehedef.az” saitinə yazdığı minnətdarlıq məktubundandır. “Düzü, mən sağalacağıma ümidimi itirmişdim. Məni həmin həkimin yanına apardılar. Bəhruz həkim bizi çox səmimi və mehribancasına qarşıladı. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir şey yoxdur, əməliyyat edəcəyik, xəstəlikdən qurtulacaqsan.. Artıq müalicə öz bəhrəsini verir”. Mən həyata yenidən ümidimi bağladım.

Hörmətlə: Fariz Əliyev


 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər