Eldar Bayramova- üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar.
Baxılıb: 796 Tarix: 27-02-2019 11:21
Peşəkarlıq həkim sənəti üçün xüsusilə vacib olan keyfiyyətdir. Peşəkarlıq isə öz işini dərindən bilib, böyük məhəbbətlə sevməkdən, həmişə yenilik axtarışında olmaqdan, biliyini zənginləşdirməkdən yaranır. Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan Eldar Bayramov Ağsu Mərkəzi rayon Xəstəxanasının Cərrahiyə şöbəsinin müdiri, ali dərəcəli həkim ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Eldar həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə insanların həyatına, ömrünə nur, şəfa bəxş etmişdir. Azərbaycanımızın tanınmış cərrahı Eldar Bayramov adı respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər. Eldar Bayramov həm bir nüfuz sahibi ziyalı kimi həm də şəfalı əlləri ilə xalqın keşiyində dayanaraq, əzmlə çalışan həkim kimi təqdirəlayiq xidmətləri ilə sayılıb, seçilən səhiyyə işçisidir. Eldar həkim Ağsu rayonunda və Respublikada xalq, ictimaiyyət tərəfindən hörmətlə tanınan nadir şəxsiyyətlərin ehtiram bəslədiyi bir həkimdir. Eldar Bayramova müraciət edənlərin çox hissəsi alimlər, şair və yazıçılar, xadimlər və dövlət qulluqçularıdır və onlar bu həkimin peşəkarlığından çox razı halda deyirlər: -Eldar həkim ustad həkim olmaqla yanaşı həm də xeyirxah, haqsevər bir insandır.
Qanunvehedef.az saytı olaraq Eldar həkimə uğurlar arzu edirik.
Ən çox oxunanlar
Son xəbərlər