Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Novruz tonqallarında 9 nəfər yandı – Rəsmi

Baxılıb: 634     Tarix: 13-03-2019 11:10   
Martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb.
Səhiyyə Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.
Zərərçəkənlərin xəsarətləri ağır olmadığına görə onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qeyd edək ki, ötən gün Bakıda qalanan çərşənbə tonqalının ağacların yanmasına səbəb olduğu barədə də məlumatlar yayılıb.
Fövqəladə Hallar Nazirliyindən əhaliyə bir daha müraciət edilərək, tonqal qalanarkən rezin və avtomobil şinlərindən istifadə edilməməsi, təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, tonqalın sönənə qədər nəzarətsiz qoyulmaması tövsiyə edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar