Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Erməni alim Qarabağın Azərbaycan ərazisi olduğunu necə isbatladı - ARAŞDIRMA

Baxılıb: 785     Tarix: 05-03-2020 10:58   
Ronald Qriqor Suni erməni əsilli amerikalı tarixçidir. Onun 2009-cu ildə "Erməni xalqı: qədim dövrdən bu günə kimi" kitabının çapdan çıxması ermənilərin qəzəbinə səbəb olmuşdu. R.Sunini ABŞ-ın tapşırığı ilə Ermənistanın tarixini saxtalaşdırmaqda ittiham edirdilər. Çünki, professor kitabda Dağlıq Qarabağı azərbaycanlıların tarixi vətəni kimi göstərmişdi. Eynilə Münhen Təhlükəsizlik Konfransında Ermənistanın baş nazirinin dediyi kimi: Qarabağ Azərbaycanın ərazisidir! 
Qanunvehedef.az-ın məlumatına görə, 1997-ci ildə Ermənistandakı Amerikan universitetindəki çıxışından sonra Ronald Suni bəzi milliyətçi mövqeli erməni tarixçi və KİV-i tərəfindən "erməni vətənpərvərliyinin" olmamasında və keçmişdə İrəvanda müsəlman əhalinin ermənilərdən çox olması haqda qeyri-dəqiq mənbələrdən istifadə etməkdə ittiham olunurdu. Alim isə israr edirdi ki, o, mənbə kimi Corc Burnutyanın və Riçard Hovanisyanın əsərlərində olan rəsmi Rusiya sənədlərindəki məlumatlardan istifadə edib. 
Bu etirafı erməni diasporu radikallarının etirazına səbəb olmuşdu. 
Miçiqan Universitetinin Erməni Araşdırmaları Proqramının yaradıcısı R.Suni kitabında Dağlıq Qarabağın qədim albanların tarixi torpağı olduğunu qeyd etmişdi. Qədim albanların isə azərbaycanlıların və türklərin əcdadları olduğunu yazan professor, Dağlıq Qarabağın azərbaycanlılara məxsus olduğunu vurğulayırdı. Suni yazırdı: "Tarixi Ermənistan" adlanan ərazilərə ermənilər 2600 il əvvəl gəlib. "Yeni gəlmələr" kolonist olaraq həmin dövrdə buradakı qədim Urartu dövlətini məhv ediblər. V əsrdə yaşamış erməni tarixçilər Pavstos Buzand, Movses Xorenatsi və Yegişe isə saxta tarixçidirlər". 
Hətta həmin ilki (2009) ABŞ bürosunun məlumatına görə, Amerikadakı 1300 erməni tələbə "Erməni tarixinin təhrifçilərinə qarşı" adı altında bəyanat imzalamışdılar. Bəyanatda deyilirdi ki, professor R. Suninin "Erməni xalqı: qədim dövrdən bu günə kimi" ("The Armenian People: From Ancient to Modern Times") kitabı Amerikanın akademik dövriyyəsindən mütləq çıxarılmalıdır. 
Qeyd edək ki, erməni əsilli amerikalı tarixçisi R.Suni hazırda Eisenberg Tarixi Araşdırmalar İnstitutunun direktorudur. 1940-cı ilin sentyabrın 25-i ABŞ-da anadan olan Ronald əslən Gədəbəydən olan erməni bəstəkarı Qriqor Mirzoyan Suninin (1876-1939) nəvəsidir. 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar