Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyədə İstiqlal Marşının qəbul olunmasının 99-cu ildönümüdür

Baxılıb: 723     Tarix: 12-03-2020 13:04   

Türkiyə Respublikasının Dövlət Himninin qəbul olunmasından 99 il ötür. Məhmət Akif Ərsoyun yazdığı İstiqlal Marşı şeiri bütün Türkiyəyə hədiyyə edilib.
Qanunvehedef.az xəbər verir ki, İstiqlal Marşının qəbulu, Türkiyə Respublikasının müstəqilliyində ən əhəmiyyətli dönəmlərdən biri olaraq qeyd olunur. Dövlət Himninin sözləri Məhmət Akif Ərsoya, bəstəsi isə Osman Zeki Üngörə aid olan əsərin orkestr tərəfindən səsləndirilməsi Edgar Manas tərəfindən hazırlanmışdır.
Müstəqillik uğrunda gedən müharibədə yazılmış əsər şairin "Müstəqillik Döyüşü"nün qazanılacağına inandığını, türk əsgərinin etibar və sədaqətini, Türk millətinin müstəqillik, Haqq, Vətən və dinə bağlılığını ifadə edir.
Fəridə Ağazadə



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar