Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidir
Baxılıb: 737 Tarix: 28-03-2020 12:25
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən "Report"a daxil olan açıqlamada xatırladılıb ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncam ilə hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Peşə bayramı münasibətilə DTX-nin rəisi, general-leytenant Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər