Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qarabağın mərhələli həllinə razıyıq, ancaq... – İrəvan

Baxılıb: 900     Tarix: 04-05-2020 14:12   

Ermənistan Qarabağla bağlı birtərəfli güzəştə getməyəcək.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasında çıxışı zamanı Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.
“Biz həmişə demişik ki, problemin həlli qarşılıqlı güzəştə əsaslanır. Heç kim Ermənistandan bizim milli təhlükəsizliyimizə zərər vuracaq güzəştləri ehtiva edən hansısa addım gözləyə bilməz”, – deyə o bildirib.
Mnatsakanyan mərhələli həllin yalnız bütün tərəflərin eyni miqyaslı kompromisə gedəcəyi təqdirdə mümkün ola biləcəyini söyləyib.
XİN rəhbəri mərhələli həll üçün ilk növbədə status məsələləsinin həll edilməli olduğunu vurğulayıb:
“Tərəflərin öhdəliklərinin balanslaşdırılması ilə bağlı plan çox vacibdir. Ermənistan üçün konfliktin həllinin mərhələli və ya paket olacağı vacib deyil. Əsas məsələ həll planının reallaşdırılmasında tərəflərin balansı saxlamasıdır”.
O, “Qarabağ xalqı”nın təhlükəsizliyinin Ermənistan üçün prioritet olduğunu deyib:
“2016-cı ilin apreli təkrarlanmayacaq, 1991-1994-cü illər olmayacaq. Bunun üçün bizim qətiyyətimiz yetərlidir”.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar