Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Heydər Əliyev nə lazımdırsa, etdi - Züqanov

Baxılıb: 1 200     Tarix: 10-05-2020 14:57   

Heydər Əliyevin doğum gününün 97-ci ildönümü ərəfəsində belə bir oğul yetişdirən Azərbaycana baş əymək və ona təşəkkür etmək istərdim.
Qanunvehedef.az Azərtac-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Kommunist Partiyasının (RF KP) sədri Gennadi Züqanov deyib.
O, Heydər Əliyevin ən istedadlı rəhbərlərdən biri olduğunu bildirib:
“Mənim bəxtim gətirib – onunla yaxın tanış idim. Bir dəfə onunla birlikdə bir məruzə hazırlayırdıq. Heydər Əliyev bu işin öhdəsindən çox ustalıqla gəlirdi. O hələ Moskvada işləyən vaxt mən onunla dostluq edirdim. Yadımdadır, mən Azərbaycan Respublikasının indiki Prezidenti İlham Heydər oğlu ilə bərabər Avropa Şurasında işləyən vaxt atası gəlir, çıxış edirdi, xatırlayıram, o, İlham Heydər oğluna dedi ki, Züqanovlar bizim böyük dostlarımızdır”.
Züqanov vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın xilaskarıdır:
“Heydər Əliyev Naxçıvana yola düşdü və Azərbaycanda vəziyyət gərginləşəndə tanınmış, hörmətli ictimai xadimlər ona müraciət etdilər, onda Heydər Əliyev vəziyyəti tənzimləmək üçün məsuliyyəti öz üzərinə götürdü. O, milli barışığa, təhrikçiləri sakitləşdirməyə nail oldu. O, pravoslav məbədinə gəldi, baş keşişdən hamını oraya yığmasını xahiş etdi, sonra Azərbaycanda yaşayan ruslara müraciətlə xahiş etdi ki, onlar respublikadan getməsinlər, dedi ki, onların təhlükəsizliyinə zamin olacaq. Və bunun üçün nə lazımdırsa, etdi”.
G.Züqanov vurğulayıb ki, bu gün Azərbaycan – məktəblərdə rus dilinin tədris edildiyi, rus dilinə çox yaxşı münasibət bəslənilən azsaylı respublikalardan biridir:
“Mən Bakıda, Puşkin adına gimnaziyada oldum, oradakı çıxışlar, bizim böyük şairimizin əsərlərini necə sevə-sevə oxumaları məni heyran etdi. Ölkədə rus dilinin qorunub saxlanılması siyasəti çox düzgün, müdrik siyasətdir. Mən bir neçə dəfə Bakıda olmuşam. Məni dəfələrlə oraya dəvət ediblər. Bakı əsl beynəlmiləl şəhərdir. Birinci Avropa oyunları vaxtı Bakıda olmuşam. O vaxt da sevindim ki, respublika kifayət qədər əzmlə inkişaf edir. Mən dünyanın 80 ölkəsində olmuşam və deyə bilərəm ki, Bakıdakı kimi gözəl dənizkənarı bulvar, bəlkə də heç yerdə yoxdur. İnsanlar üçün əla yerdir. Şəhərdə çoxlu gül-çiçək var. Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsin. Biz görürük ki, müdrik siyasətin sayəsində Azərbaycan inamla inkişaf edir. Respublikada müasir infrastruktur yaradılıb, yollar çox gözəldir. Ölkədə insanları dəstəkləyirlər. Bu da çox yaxşı haldır ki, indiki Prezident İlham Heydər oğlu Əliyev öz atasının siyasətini davam və inkişaf etdirir. Məhz belə siyasət sayəsində Azərbaycan aparıcı respublikalar sırasına çıxıb”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar