Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Qarabağın statusu" məsələsi gələcəyə saxlanıldı - Lavrov

Baxılıb: 905     Tarix: 18-01-2021 15:07   

Dağlıq Qarabağın statusu noyabrın 9-da üçtərəfli bəyanatda şüurlu olaraq göstərilməyib. Status problemi ziddiyyətli məsələdir, liderlər tərəfindən onu gələcəyə saxlamaq qərara alınıb.
Qanunvehedef.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, bu məsələ ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olmalıdır, onlar yaxın vaxtlarda regiona yenidən baş çəkəcəklər.
”Rusiya beynəlxalq təşkilatların, o cümlədən UNESKO-nun, BMT-nin Qarabağda işləməsində, yerli əhaliyə yardım göstərməsində maraqlıdır. Lakin yardımların müzakirəsi zamanı status ətrafında yaranan ziddiyyətli məsələlər ortaya çıxır. Məhz İrəvanla Bakı arasında yaranan ziddiyyətlərə görə üçlü danışıqlarda bu məsələyə toxunulmayıb”, - o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev keçmiş Dağlıq Qarabağa heç bir status verilməyəcəyini rəsmən elan edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar