Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ermənilərin təxribatları, hədələri başlayıb... - Novruzov

Baxılıb: 549     Tarix: 01-02-2021 11:15   

Qələbədən sonra müharibənin ikinci mərhələsi başlayıb. Faktiki olaraq erməni təxribatı işə düşüb. Biz həssas və diqqətli olmalıyıq, hər bir məsələyə dəqiq reaksiya verməliyik ki, çaşqınlıq olmasın.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Milli Məclisdə çıxış edən Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı erməni təxribatları başlayıb:
“Səfirlər, diplomatların qorxudulması halları var. Vaxtı ilə ASALA və digər erməni terror təşkilatları Türkiyəyə qarşı belə aksiyalar həyata keçirib. Biz bu məsələlərdə diqqətli olmalıyıq. Və belə məlumatlar əldə edildikcə həmin ölkələrə məktublar göndərməliyik”.
Siyavuş Novruzov təbliğat məsələsinə toxunaraq qeyd edib ki, bəziləri bilərəkdən təxribatla məşğul olur:
“Belə xəbərlər yayıblar ki, Türkiyənin bura gəlməsi siyasi məsələdir. Bu, texniki məsələdir, burada birgə fəaliyyət var, Qarabağda prosesə nəzarət həyata keçirilir. Bəzi terminlər də ortaya atır, bir çox məsələləri ayrı-ayrı media qurumlarında, internet televiziyalarında şişirdib cəmiyyətə təqdim edirlər. Bunlar yerverilməzdir”.шаблоны для dle 11.2