Bu ərazilərimiz işğal altındadır - Deputat
Baxılıb: 616 Tarix: 01-02-2021 15:15
Yeganə dövlətik ki, ağır pandemiya zamanında ciddi uğurlara imza atdıq. Azərbaycan Ali Baş Komandanının rəhbərliyi altında müzəffər Ordumuz işğal altında olan ərazilərin bir hissəsini azad etdi. Ona görə ərazilərin bir hissəsini deyirəm ki, bizim tarixi Zəngəzur, Göyçə, İrəvanımız işğal altındadır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazail Ağamalı parlamentdə çıxışı zamanı deyib.
"Türkiyə yeganə dövlətdir ki, müharibə zamanı həm ön, həm də arxa cəbhədə bizimlə birgə oldu. Gəncə vurulanda da türk mediası orada idi. Hesab edirəm ki, Türkiyə və Azərbaycan arasında media sahəsində memorandumda qoyulan məqsədlər hər iki ölkənin maraqlarına xidmət edir. Ümid edirəm ki, bu jurnalistika sahəsində inkişafa təkan verəcək. Eyni zamanda mən müharibə dövründə burada media sahəsində çalışan və əsl həqiqətləri dünyaya çatdıran hər bir media əməkdaşına təşəkkür edirəm", - o bildirib.
Fəzail Ağamalı əlavə edib ki, hazırda altı dövlətin bir millətə çevrilməsi prosesi gedir:
"Ümidvaram ki, bu istiqamətdə də uğur əldə ediləcək".
Ən çox oxunanlar
Son xəbərlər