Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ermənilər atəşkəsi pozdu: dərhal reaksiya verilməlidir - Mixaylov

Baxılıb: 533     Tarix: 02-02-2021 11:44   
Aydın məsələdir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması yeni müharibənin qızışdırılmasına yönəlmiş planlı aksiyadır və belə şeyə dərhal reaksiya verilməlidir.
Qanunvehedef.az xəbər verir ki, bunu Report-a rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
“Fikrimcə, Qazax istiqamətində Azərbaycan postunun atəşə tutulması ilə bağlı hadisəni beynəlxalq sülhməramlı iştirakçılar, yəni Rusiya və Türkiyə qiymətləndirməlidir”, - o bildirib.
Ekspert söyləyib ki, görünür, Ermənistan silahlı qüvvələrində döyüş əməliyyatlarının dayandırılmasına dair razılaşmanın imzalanmasından sonra başlayan prosesləri bəyənməyən yüksək vəzifəli şəxslər var və onlar ölkəyə dinc həyat gətirməyə çalışan baş nazir Nikol Paşinyanı gözdən salmağa çalışırlar.
“Hər halda, mövcud münaqişə vəziyyətini sərt şəkildə dayandırmaq və rəsmi İrəvandan izahat və üzr tələb etmək lazımdır”, - o vurğulayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar