Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycan Xankəndi və Xocalıya necə girəcək? - Türk general

Baxılıb: 629     Tarix: 02-02-2021 11:46   
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi oldu. Türk ordusu bu gəlişi ilə Qarabağdakı problemləri aradan qaldırmağa tam müvəffəq olmasa da, problemlərin həllinə kömək edəcək.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında ehtiyatda olan general-mayor Özgür Tör deyib. Türkiyə generalı bildirib ki, infirormasiya savaşı müharibə qədər önəmlidir:
"Türkiyənin rəsmi olaraq işğaldan azad edilən ərazilərdə olması yalnız bölgəyə yox, dünya ictimaiyyətinə də mühüm bir mesajdır. Azərbaycan o topraqların əsl sahibidir. Buna baxmayaraq, problemin həlli illərdir ertələnirdi. Türkiyənin artıq bölgədə olması tərəflər arasındakı balansı tarazlaşdıracaq.
Xankəndidə, Xocalıda Azərbaycan bayraqlarını, Azərbaycan əsgərini görmək hələ mümkün deyil. Problemi tam həll etmək üçün yaxın keçmişdə olduğu kimi, Azərbaycan qətiyyətli və təxirəsalınmaz işlərini davam etdirməlidir. Bu işlər hərbi mübarizə qədər siyasi mübarizəyə də bağlı bir məsələdir. İnfirormasiya müharibəsi hərbi savaş qədər önəmlidir. Rusiya Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərində nəzarəti əldən vermək istəmir.
Xocalı da keçmişdə törətdikləri qətliamların rəsmi olaraq ortaya çıxmasının qarşısını almaq üçün Azərbaycana təhvil verilmir. Nəticədə o torpaqlar Azərbaycanındır və alınacaq. Şanlı Azərbaycan bayrağı orada da dalğalanacaqdır. Bunu hər yerdə, hər dildə gündəmə gətirəcəyik. İndi növbə bu mövzuda qərarlı olduğumuzu izah etməyindir".шаблоны для dle 11.2



Ən çox oxunanlar