Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Paşinyan tapşırdı: Bu kənd Azərbaycana qaytarılır - Video

Baxılıb: 755     Tarix: 05-02-2021 13:44   

Paşinyan Kərki kəndinin boşaldılması barədə tapşırıq verib.
Qanunvehedef.az xəbər verir ki, belə bir iddia ilə Ermənistanın "Joxovurd" qəzeti çıxış edib.
Qəzetin yazdığına görə, Ermənistan baş naziri Nikol Paşinyanla qubernator Razmik Tevonyan və Ararat alayının komandiri arasında üçtərəfli görüş olub. Görüş zamanı Kərki kəndinin taleyi müzakirə olunub.
Məlumatda bildirilir ki, noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanatdan sonra ehtimal edilir ki, Azərbaycanın eksklavı olan ərazilərin, o cümlədən Kərki kəndinin qaytarılması gündəmə gəlib, Paşinyan isə sözügedən ərazinin boşadılması və təhvil verilməsini tapşırıb.
Qeyd edək ki, Kərki kəndi Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna daxil olan və Ermənistanda yerləşən eksklavıdır.

шаблоны для dle 11.2