Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Sərkisyan Paşinyanı ikinci dəfə rədd etsə... - Politoloq

Baxılıb: 527     Tarix: 28-02-2021 11:23   

Ermənistandakı proseslərin necə inkişaf edəcəyi Prezident Armen Sərkisyandan asılıdır.
Qanunvehedef.az xəbər verir ki, bunu Paşinyanın növbəti dəfə Baş Qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması barədə Prezident Armen Sərkisyana təqdimat göndərməsini şərh edən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Armen Sərkisyan Paşinyana ikinci dəfə də rədd cavabı versə, Ermənistan Konstitusiya böhranına sürüklənəcək:
“Ermənistandakı indiki vəziyyət Paşinyanı erkən parlament seçkisinə məcbur edə bilər. Ancaq bu da həll yolu olmayacaq. Seçki kampaniyası Ermənistandakı siyasi və iqtisadi böhranı daha da dərinləşdirəcək. Böyük ehtimalla müxalifət seçkinin nəticələrini tanımayacaq və Gürcüstandakı parlament böhranı Ermənistanda təkrarlanacaq”.
Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Baş Qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması barədə təklifi Prezident Armen Sərkisyana göndərib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar