Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Qarabağ bütövlükdə geri qayıtmalıdır - İran

Baxılıb: 741     Tarix: 01-03-2021 15:25   

Bütün Qarabağ bölgəsi Azərbaycana qayıtmalıdır.
Qanunvehedef.az xəbər verir ki, bunu İran Dini təhsil ocaqlarının sədri Ayətullah Əlirza Ərafi bu gün Qum şəhərində Qarabağla bağlı keçirilən beynəlxalq konfransda çıxışında deyib.
İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Qarabağın azadlığı ilə bağlı fikirlərini açıqlayan Ayətullah Ərafi Qarabağın Qum Elmiyyə hövzəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
O, çıxışının bir hissəsində bildirib ki, bütün Qarabağ bölgəsi Azərbaycana qayıtmalıdır:
“Biz islam torpaqlarının ələ keçirilməsi və işğalını səhv addım hesab edir, onun qarşısında göstərilən müqaviməti müqəddəs sayırıq. Azərbaycan Respublikasının torpağı, onun bölgələri Qum Elmiyyə hövzəsi üçün elmi, ürfani və dini baxımdan dəyər hesab edilir”.
Beynəlxalq sərhədlərin toxunulmazlığının mühüm olduğunu deyən Ayətullah Ərafi sözünü belə davam edib:
“Bütün bölgələrin sakinlərinin hüquqlarına hörmətlə yanaşılmalı və riayət edilməlidir. Burada müsəlmanla qeyri-müsəlman arasında fərq yoxdur. Müsəlman ölkələrində bütün sakinlərin hüquqlarına hörmətlə yanaşılmalıdır”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar