İrandan Qarabağ açıqlaması: Sərhədlərin dəyişməsi...
Baxılıb: 639 Tarix: 01-03-2021 15:48
İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir və bu münasibətlər daha da inkişaf etdiriləcək.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Abbas Arakçi Qum şəhərində keçirilən konfransda çıxış edərkən deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar münaqişəni həll edib, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilmədilər:
“Bu səbəbdən də Azərbaycan dövləti işğal altındakı torpaqlarını əks hücumla geri aldı. İran həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Rəsmi Tehran bölgədə münaqişə baş verməsini və sərhədlərin dəyişməsini istəmir”.
Abbas Arakçinin fikrincə Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra regionda yeni siyasi reallıqlar yaranıb və bu reallıqlardan istifadə edib daha sıx iqtisadi əməkdaşlıq əlaqələri qurmaq imkanı yaranıb.
Nazir müavini qeyd edib ki, İran bundan sonra da Azərbaycan ilə iqtisadi, siyasi, sosial və mədəniyyət sahələrində əməkdaşlıq əlaqələrini davam etdirəcək.
Ən çox oxunanlar
Son xəbərlər