Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb - Moldova KİV

Baxılıb: 844     Tarix: 10-03-2021 15:29   

Bu gün Azərbaycan tarixinin ən yaxşı dövrünü yaşayır və Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb. Bütün bu böyük uğurlar Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qazanılıb.
Qanunvehedef.az xəbər verir ki, bu fikirlər Moldovanın nüfuzlu “Noi.md” xəbər portalında dərc olunmuş məqalədə yer alıb.
Müəllifi ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov olan yazıda qeyd edilib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində bölgədə həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən güclü və nüfuzlu ölkəyə çevrilib, orada hakimiyyət-xalq birliyi mövcuddur.
“Bütün bunlar Vətən müharibəsi zamanı bütün dünyaya açıq şəkildə göstərildi və qazanılan şanlı Qələbə tarixdə əbədi qalacaq. Müharibə nəticəsində işğaldan azad olunan ərazilər nəinki yenidən qurulur və bərpa edilir, orada iqtisadiyyat da inkişaf etdirilir, tamamilə yeni sistem qurulur, sosial əhəmiyyətli layihələr həyata keçirilir. Bu gün Azərbaycanın qazandığı bütün uğurların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub”, - deyə Qüdsi Osmanov bildirib.
Səfir, həmçinin işğaldan azad olunan ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən, ölkəmizin iqtisadi və hərbi sahələrdə uğurlarından ətraflı bəhs edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar