Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Artıq Qafqazda daimi sülh və sabitlik yaratmaq mümkündür” - Çavuşoğlu

Baxılıb: 761     Tarix: 11-03-2021 13:42   

“Bu mübarizədə Azərbaycanı yalnız qardaşlıq əlaqələrimizə görə deyil, həm də ədalətli və haqlı olduğuna görə dəstəklədik. Artıq bölgənin taleyini dəyişdirmək və Qafqazda daimi sülh və sabitlik yaratmaq mümkündür”.  Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı deyib.
“Əlimizdə fürsət düşüb. Ümid edirəm ki, bu fürsəti hər kəs görər, bu həyəcanı bütün tərəflər bölüşər” – deyə,Türkiyə XİN başçısı vurğulayıb.
M. Çavuşoğlu qeyd edib ki, Türkiyənin qapısı əməkdaşlıq üçün Ermənistan da daxil olmaqla hamıya açıqdır.
Çavuşoğlu, fikirlərini sonda belə tamamlayıb: "Avropadan Asiyaya qədər olan xalqlarımızın tərəqqi və inkişaf üçün birlikdə çalışacaqlarını ümid edirik. Çünki əməkdaşlıq edə bilməyən bir nəsil hansı millətdən olursa olsun, bədəlini birlikdə ödəyəcək. Buna görə də 'Yetər' deyirik. Gəlin irəli baxaq, irəli gedək. Tarixdə qazandığımız iş birliyi ilə xatırlanaq” .

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar