Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

"Ermənistan Türkiyəyə münasibətinə düzəliş etməlidir" - Qriqoryan

Baxılıb: 378     Tarix: 28-03-2021 09:54   

“Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər edib, tənzimlənməlidir”.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli “İctimai Televiziya”ya müsahibəsində bildirib.
Teleaparıcının “Türkiyə artıq Ermənistan üçün düşmən dövlət deyil" sualına cavabında katib deyib:
“Əgər bölgənin kommunikasiyasını blokdan çıxarırıqsa, onda yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir. Biz bu istiqamətdə işləyirik”.
Armen Qriqoryan məsələ ilə bağlı aydınlaşdırıcı daha bir suala cavab olaraq qeyd edib: “Türkiyədən heç bir təhlükə gəlmədəyini birmənalı olaraq demək səhv olardı, ancaq bölgədəki ümumi proseslər başqa imkanlar da açır”.
O deyib ki, müharibədən sonra bölgədə böyük dəyişikliklər baş verib və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi intensiv bir mərhələyə qədəm qoyub:
“Biz hesab edirik ki, blokdan çıxma yalnız Azərbaycana aid olmamalıdır. Buna daha geniş bir regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük”.
O, hazırda Türkiyə ilə birbaşa dialoqun olmadığı ilə razılaşsa da, əlavə edib ki, iki ölkə nümayəndələrinin açıqlamaları bölgədə kommunikasiyaların blokdan çıxarılması ehtimalının olduğunu göstərir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar