Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Münaqişə ilə bağlı suallar... – Prezident ilk dəfə işarə etdi

Baxılıb: 522     Tarix: 13-04-2021 11:58   
Prezident İlham Əliyevin bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda birbaşa iştirakı və çıxışında olduqca ciddi məsələlərə toxunması önəmli hadisədir.
Qanunvehedef.az xəbər verir ki, xüsusilə tədbirin dili və Prezidentin ingiliscə çıxış etməsinin özü diqqət çəkir. Bəllidir ki, burda əsas niyyət beynəlxalq auditoriyaya mesaj ötürməkdir.
Prezident müharibədən sonra ilk dəfə olaraq çox mühüm bir məsələyə toxundu. Maraqlıdır, niyə Prezident “Ermənistan kapitulyasiyaya imza atdı”, “Münaqişə artıq həll olunub” deyil, “Atəşkəs əldə olunub, ancaq münaqişə ilə bağlı suallar qalır” dedi?
Çıxışın tam mətni hələ təqdim olunmayıb, ona görə Prezidentin əhatə etdiyi mövzunun dərinliyini incələmək çətindir. Ancaq bu ifadələrin özü İlham Əliyevin son proseslərdən narazılığının ilk dəfə ən yüksək səviyyədə ifadəsi sayıla bilər.
Buna bənzər iradını Prezident ötən gün Hərbi Qənimətlər Parkının açılışında da ifadə etmişdi.
Beləliklə, Prezidentin diqqət çəkdiyi məsələləri qruplaşdırmağa çalışaq:
1. Şuşada İsgəndər-M raketinin qalıqlarının tapılmasına Rusiya heç bir izah verməyib;
2. 10 noyabr bəyanatında əksini tapmasına baxmayaraq, erməni silahlı birləşmələri Qarabağda rus sülhməramlılarının məsuliyyət zonasında qalmaqda davam edir;
3. Laçın dəhlizindən sui-istifadə edilir və rus sülhməramlıları oranı sanki Ermənistanın ixtiyarına verib;
4. Rus sülhməramlı kontingenti Qarabağdakı məsuliyyət zonalalarında özlərini sülhməramlı kimi deyil, daha çox ermənilərin hamisi, onların işğal planlarını həyata keçirən və ermənilərin Azərbaycan torpaqlarında təkrar və zorla məskunlaşdırılması missiyasını həyata keçirən qüvvə kimi aparır;
5. Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir;
6. Azərbaycanın rəsmi mövqeyinə zidd olaraq, kimlərsə “status” məsələsini gündəmə gətirməyə çalışırlar və s.
Bütün bu və digər səbəblər Prezidentin “münaqişə ilə bağlı suallar qalır” şəklində ciddi etirazını yaratdı. Ancaq bu sözün özü belə mesajdır.
Belə ki, Prezident İlham Əliyev ötən gün Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən, dəmir yumruğun (Dəmir Yumruq əməliyyatı) yerində, düşmənin başını əzməyə hazır olduğunu xatırlatmışdı.
Bugünkü çıxışı isə onun davamı təəssüratını yaradır və düşmənə, eyni zamanda, bəlli güclərə xəbərdarlıq xarakteri daşıyır: Bəyanatda nəzərdə tutulan müddəalar yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycan yenə birtərəfli qaydada “sualları Nidaya çevirmək üçün” fəaliyyətə keçə bilər – Valdayda Paşinyanın “nöqtəsi”nə qoyulan “Nida”nın bir ildən sonra Dəmir Yumruğa çevrildiyi kimi...шаблоны для dle 11.2



Ən çox oxunanlar