Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İndi qonşularımız bizim baxışlarımızı paylaşırlar

Baxılıb: 706     Tarix: 13-04-2021 14:28   

İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Yeri gəlmişkən, biz regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşularımızla müzakirə etmişik.
Qanunvehedef.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz var:
"Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Bizim okeana birbaşa çıxışımız olmasa da, biz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub. Lakin əməkdaşlıq yalnız bununla bitmir. Biz birgə ticarəti artırmaq, daha yaxşı imkanlar əldə etmək üçün çox sıx işləyirik".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar