Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sahibə Qafarova: "Xocalı soyqırımına göz yumanların saxta "soyqırımı" iddaları təəssüf doğurur"

Baxılıb: 526     Tarix: 27-04-2021 10:54   

"Tarixi faktlar, sənədlər sübut edir ki, ermənilərin kütləvi şəkildə məhv edilməsi halları cəfəngiyatdan başqa bir şey deyil. Bir çox alimlərin araşdırmalarında da bu nəticə aydın olur".
Qanunvehedef.az-ın xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclis sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, Anadolu və Cənubi Qafqaz ərazisində ermənilər tərəfindən soyqırım əməlləri həyata keçirilib: "Əslində soyqırım baş verib. Bunun müəllimləri ermənilər, qurbanları isə türklər, azərbaycanlılar və digərləri olub. Düşünürəm ki, Xocalı soyqırımı kimi fakta göz yumanların saxta "soyqırımı" iddaları səsləndirməsi təəssüf doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi təsdiq edib ki, "erməni soyqırımı"ifadəsi tarixi fakt deyil, sadəcə fikirdir".
S.Qafarova bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır: "Uydurma "erməni soyqırımı" üzərindən Türkiyəyə qarşı yönələn kampaniyada da ölkəmiz Türkiyənin yanındadır".шаблоны для dle 11.2