Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Deputatlar Fransanı tənqid ediblər

Baxılıb: 642     Tarix: 21-05-2021 11:42   

"İtaliya Azərbaycanın xarici siyasətdə bir nömrəli müttəfiqidir. Son vaxtlar Azərbaycana qarşı ciddi təhdidlər olur. Çünki bəzi dövlətlər bizim qələbəmizi həzm edə bilmir".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Qaragöl ətrafında baş verən hadisələr adi haldır: “Burada ajiotaj yaradacaq bir məsələ yoxdur. Dünən Prezident Amerika ilə münasibətlərə də ciddi şəkildə toxundu. Son vaxtlar xüsusilə Fransa Ermənistanı müdafiə etməklə istəyirlər ki, müəyyən prosesləri əksinə döndərsin. Hesab edirəm ki, üçtərəfli bəyanatın müddəaları uğurla yerinə yetirilir”.
“Ölkə rəhbərliyi və Milli Məclis səviyyəsində xeyli iş aparılır. Təklif edirəm ki, Milli Məclisdə Fransanın ağını çıxartığı məsələlərlə bağlı parlamentdə xüsusi bir iclas keçirilsin”.
Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, həmin iclas zamanı vacib sənəd qəbul edilsin.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar