Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Əliyevin bu sözləri dünyaya çağırışdır - Okray

Baxılıb: 359     Tarix: 09-07-2021 11:21   
Vəqfimizin uzun illərdir Avrasiya İqtisadi Zirvə toplantılarını təşkil edir. Bu il isə XXIV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. Zirvənin açılış mərasimi cənab Rəcəb Tayyib Ərdoğanın və cənab İlham Əliyevin Zirvəyə ünvanladıqları müraciətlərinin oxunması ilə başladı.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin baş katibi Cəfər Okray deyib. Onun sözlərinə görə, cənab İlham Əliyevin sammitə müraciəti eyni zamanda dünyaya problemlərin həlli üçün əməkdaşlıq çağırışıdır:
“İlham Əliyev öz müraciətində Avrasiya İqtisadi Zirvə toplantılarının hər zaman bölgəyə sülh və sabitliyi gətirməyə çalışan bir layihə olduğunu qeyd etdi. Cənab Əliyev builki sammitin “Bəşəriyyət daha yaxşısına layiqdir” şüarı ilə keçirilməsinin böyük rəmzi məna daşıdığını, bəşəriyyətin pandemiya, qlobal istiləşmə və təhlükəsizlik kimi problemləri yalnız əməkdaşlıq yolu ilə həll edə biləcəyini vurğuladı”.
Okray müraciətdə Türkiyə və Azərbaycanın əməkdaşlığına xüsusi yer ayrıldığını, iki ölkənin qardaşlığının bütün bölgəyə sülh və rifah gətirəcəyini bildirdi:
“Azərbaycanın bölgədə sülhün təsis edilməsi üçün göstərdiyi fəaliyyətlərə toxunan İlham Əliyev bu baxımdan Bakının ən böyük dəstəkçisinin Türkiyə olduğunu bildirdi. 44 günlük savaş zamanı bütün dünya Türkiyə-Azərbaycan qardaşlığını gördü. Şuşa Bəyannaməsi isə bölgədə yeni geosiyasi gerçəkliyin möhürü oldu. Eyni zamanda müraciətdə Türkiyə və Azərbaycanın bölgənin təbii qaynaqlarından istifadə etməklə, hər kəs üçün rifahın yüksək səviyyədə olduğu bir gələcək hazırlamaq yolunda bərabər addımladığına xüsusi diqqət çəkilib. Ümumiyyətlə, dövlət başçılarımız öz müraciətlərində Türkiyə və Azərbaycan qardaşlığının bir daha bu Zirvə Toplantısı vasitəsilə təkrar dilə gətirdilər”.



{sape_links}{sape_article}