Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İlham Əliyev Sandunu təbrik etdi

Baxılıb: 915     Tarix: 27-08-2026 12:05   

Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik ünvanlayıb.

Qanunvehedef.az təbrikin mətnini təqdim edir:

“Hörmətli xanım Prezident,

Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur.

Əminəm ki, bir-birinə dostluq telləri ilə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafı, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayram”.


Qanunvehedef.az





{sape_links}{sape_article}