Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İlham Əliyev Melonini təbrik etdi

Baxılıb: 10116     Tarix: 04-09-2026 09:47   

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini təbrik edib.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı dövlət başçısı “X” hesabında paylaşım edib.

“İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində olan Corcia Melonini səmimi-qəlbdən təbrik edirəm.

Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının etimadını əks etdirir.

Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm. Əminəm ki, ölkələrimiz və xalqlarımızın rifahı naminə dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da dərinləşəcək və genişlənəcək”, - paylaşımda deyilir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar