Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Lənkəranda reablitasiya mərkəzi istifadəyə verilir

Baxılıb: 1 181     Tarix: 04-05-2020 11:35   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri yekunlaşmaqdadır.
Qanunvehedef.az xəbər verir ki, müəssisənin bu ay istifadəyə verilməsi planlaşdırılır.
Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər müasir standartlara cavab verən tibbi-reabilitasiya aparatları və avadanlıqlarla təchiz edilib. Burada il ərzində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan 350 nəfər əlilliyi olan şəxsə stasionar, 250 nəfərə ambulator qaydada fizioterapevtik bərpa xidmətləri göstəriləcək.
Hazırda Nazirliyin Bakıdakı Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Sumqayıt, Xaçmaz, Şəki, Şirvan şəhərlərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərində də əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Cari il ərzində həmin reabilitasiya müsəssisələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar