BMT İranı cinayətkar uşaqlara qarşı edam hökmünün ləğvinə çağırıb
Baxılıb: 607 Tarix: 03-01-2021 13:51
BMT-nin İnsan Haqları üzrə ali komisarı Mişel Baçelet İranın yanvarın 31-də həyata keçiriləcək Məhəmməd Həsən Rezainin edamını qətiyyətlə pisləyib. Bu, 2020-ci ildə İran məhkəməsinin uşaq cinayəti üzrə dördüncü edam hökmüdür.
2007-ci ildə dava zamanı bir insanın ölümcül bıçaqlanmasında iştirak etdiyi irəli sürülən Rezainin həbs olunanda 16 yaşı var idi. Ali komisarın sözçüsü Ravina Şəmdasani Amerikanın Səsinə deyib ki, Rezai cinayətdə iştirakını dava zamanı aldığı xəsarətlər səbəbiylə xəstəxanada olduğu zaman etiraf edib.
"Əslində döyüldüyünə dair iddialar var. O, dəyənəklə, yumruqla, təpiklə döyülüb. O, cinayəti etiraf etmək məcburiyyətində qalıb və aldığı xəsarətlərə görə tibbi yardımdan da məhrum edilib. Sonra isə o, təkadamlıq kamerada saxlanıb, nə ailəsi, nə də vəkili ilə görüşməsinə icazə verilib. Bildiyiniz kimi dəfələrlə sorğu-suala çəkilib" - deyə, Şəmdasani bildirib.
Şəmdasani deyib ki, Rezai 13 il ölüm kamerasında keçirib. O, Rezainin ailəsinə edamın cümə axşamı səhər tezdən həyata keçiriləcəyinin bildirildiyini deyib.
Amnesty International təşkilatı 1990-cı ildən bəri 10 ölkədə həddi-buluğa çatmamış 149 nəfərin edam edildiyini bildirib. Bu ölkələrə Çin, Konqo Demokratik Respublikası, İran, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı, Cənubi Sudan, Sudan, ABŞ və Yəmən daxildir.
İranın qanun məcəlləsinə əsasən 15 yaşından yuxarı oğlanlar və 9 yaşından yuxarı qızlar ağır cinayətlərə görə edam edilə bilər. Cinayət törədən uşaqların edamı beynəlxalq qanunlara görə qadağandır və İran bu qadağaya riayət etmək məcburiyyətindədir.
İnsan Harları üzrə ali komisar Başale İran rəsmilərindən cinayətkar uşaqlara qarşı edam hökmünü dayandırmağa və onların məhkəmə işlərinə beynəlxalq insan haqlarına uyğun baxılmasına çağırıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər