Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Dövlət Baxçalının Şuşada tikdirəcəyi məktəb belə olacaq - FOTO

Baxılıb: 872     Tarix: 26-01-2021 15:31   

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Şuşada məktəb açmaqla bağlı təklifinin Türkiyə və Azərbaycan Prezidentləri tərəfindən müsbət qarşılandığı müjdəsini verib.
Qanunvehedef.az xəbər verir ki, D.Baxçalı millət vəkilləri önündə çıxışı zamanı yanvarın 30-da Şuşada təməlinin qoyulması planlaşdırılan sözügedən məktəbin eskizini də təqdim edib.
Xatırladaq ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Şuşada məktəb açmaqla bağlı təklif irəli sürmüşdü. O, bununla bağlı öz Twitter hesabından "Əgər Prezident Rəcəb Tayyib Ərdoğan icazə verərsə, Azərbaycan Prezidenti hörmətli İlham Əliyev də uyğun görərsə, şəxsən mənim təlimatımla "Ülkü Ocakları Eğitim ve Kültür Vakfı" tərəfindən Şuşada ibtidai sinif məktəbi inşa etmək hədəfimiz var. Bu məsələdə sahib olduğumuz bütün imkanları səfərbər edəcəyik və lazım olan işlər təcili görüləcək" müraciətini etmişdi. Məktəbə dahi bəstəkar Üzeyir Hacıbəylinin adını vermək və 30 yanvar 2021-ci il tarixində bünövrəsinin qoyulmasını istədiklərini qeyd edən Baxçalı təhsilin bir millətin gələcəyi üçün bayraq olduğunu vurğulamışdı./Milli.Az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar