Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Deputatlar prezidentin xüsusi nümayəndələri ilə bağlı sənədi TƏSDİQLƏDİ

Baxılıb: 618     Tarix: 12-02-2021 11:54   

Prezidentin xüsusi nümayəndələrinə, onların müavinlərinə dövlət qulluqçusu statusu verilir.
Qanunvehedef.az-ın məlumatına görə, Milli Məclisin iclasında bununla bağlı "Dövlət qulluğu haqqında" qanunun 11-ci maddəsinə əlavələr müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, xüsusi nümayəndələr qanunda nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.
Sənədə əsasən, inzibati vəzifələrin ikinci təsnifatına xüsusi nümayəndələrin müavinləri vəzifələri də aid olacaq.
Layihəyə görə, xüsusi nümayəndəliklərdəki mütəxəssislər inzibati vəzifələrin üçüncü təsnifatında yer alacaq.
Layihə səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, yanvarın 19-da Prezident İlham Əliyevin imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.
Dövlət başçısının yanvarın 27-də imzaladığı sərəncamla Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub./Oxu.azшаблоны для dle 11.2