Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

"Boeing" şirkəti "777" təyyarələrinin uçuşlarının dayandırılmasını tövsiyə edib

Baxılıb: 620     Tarix: 22-02-2021 10:09   

ABŞ-ın Denver şəhərində yaşanan hadisədən sonra “Boeing” şirkəti “Pratt & Whitney PW4000-112” mühərriki ilə təchiz olunan “777” təyyarələrinin istismarının dayandırılmasını tövsiyə edib.
“APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində deyilir.
“Boeing” hazırda NTSB (Milli Nəqliyyat Təhlükəsizliyi Şurası – red.) tərəfindən aparılan istintaq bitənədək istismarda olan 69 və anbarlarda saxlanılan 59 təyyarənin istismarının dayandırılmasını tövsiyə edib.
atırladaq ki, ötən gün ABŞ-ın Denver şəhərindən (Kolorado ştatı) Honoluluya (Havay ştatı) uçan “United Airlines” aviaşirkətinin “Boeing 777” sərnişin təyyarəsi havaya qalxarkən sağ mühərrik alovlanıb. Bunun nəticəsində avialaynerin bəzi hissələri qopub düşüb. Buna baxmayaraq, pilotlar təyyarəni uğurla Denver aeroportuna endirib. Təyyarədə 241 nəfər olub. Mühərrikin sıradan çıxması və təyyarənin bəzi hissələrinin yerə düşməsi nəticəsində xəsarət alanlar haqqında xəbər verilmir.
Bazar günü FAA (Federal Aviasiya İdarəsi – red.) bir sıra “Boeing 777” təyyarəsinin yoxlanılması üçün təlimat verildiyini elan edib. Öz növbəsində, “United Airlines” təyyarə parkında olan 24 laynerinin uçuşlarını müvəqqəti dayandırıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar