Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bəzi məktəblərdə dərslər təxirə salındı

Baxılıb: 664     Tarix: 24-02-2021 11:33   

Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar məktəblərdə şagirdlərin dərslərə davamiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb.
Qanunvehedef.az xəbər verir ki, bəzi məktəblər isə valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov da deyib ki, hazırda ölkə ərazisində müşahidə edilən qarlı, küləkli hava şəraiti məktəblərdə əyani formada təhsil alan şagirdlərin davamiyyətinə təsir edib.
Onun sözlərinə görə, məktəblərdə davamiyyətin çox aşağı düşdüyü məlum olsa da, statistik rəqəmləri açıqlamaq hələ mümkün deyil.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı deyilmişdi. Eyni zamanda şimal-qərb küləyinin 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı qeyd olunmuşdu. Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacaq.шаблоны для dle 11.2