Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Laçın SES-in fəaliyyəti bərpa olundu - Foto

Baxılıb: 632     Tarix: 25-02-2021 11:54   

Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası çərçivəsində Rusiya sülhməramlıları Qarabağda dinc həyatın bərpasına köməklərini davam etdirirlər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrda əldə olunmuş razılaşma nəticəsində Laçın Su Elektrik Stansiyasının maşın salonu Rusiya sülhməramlılarının məsuliyyət zonasının nəzarətinə, ərazidəki su elektrik stansiyasının bəndi isə Azərbaycanın nəzarətinə keçib.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin komandanlığının dəstəyi ilə hidroelektrik stansiyanın istismarı bərpa edilib. Hazırda Rusiya sülhməramlıları qovşaqlar və elektrik stansiyanın fəaliyyətində işlər görmək üçün mühəndislərin təhlükəsizlik və maneəsiz girişini təmin edir.
Qeyd olunub ki, bu, Xankəndi şəhərinin, həmçinin onun yaxınlığında yerləşən yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunmasına imkan verir.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar